GYF-də Şəhidlərə Həsr Edilmiş Kitabın Təqdimatı Keçirildi

Dekabrın 14-də Gəncliyə Yardım Fondu”nun Hacı Zeynalabdin Tağıyev adına Konfrans zalında Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin və Xan qızı Natəvan Ədəbi Məclisinin üzvü, şairə Lətifə Rəşidin şəhidlərə həsr edilmiş “Susqun könüllər” adlı kitabının təqdimat mərasimi keçirildi. Tədbir “Gəncliyə Yardım Fondu”nun dəstəyi və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşkilatçılığı ilə baş tutub. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan...

Ümummilli Lider Heydər Əliyevin Məzari Ziyarət Edildi

Bu gün ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim başda olmaqla Fondun bütün kollektivi Fəxri Xiyabanı ziyarət edib. Müasir və ‎müstəqil Azərbaycan dövlətinin və Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın dahi oğlu ‎Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar. Daha sonra görkəmli ‎oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın...

BİGA-da Uğurlu Karyera Planlaması Təlimi Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Uğurlu Karyera Planlaması mövsuzunda təlim keçirilib. Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarını salamlayaraq təlimin əhəmiyyətindən bəhs edib. Daha sonra karyera məsləhətçisi Orxan Mahmudov çıxış edərək əmək bazarında əsas problemin təhsil və təcrübə arasında uyğunsuzluq olduğunu qeyd edib. Təhsilin təcrübədə tamamlanmasına və təhsil-təcrübə arasında...

BİGA-da Biznesin İdarə Edilməsi Təlimi Keçirilib

Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Bisnes idarə olunur ürəklə, yoxsa rəqəmlə” adlı təlim keçirilib. Əvvəlcə Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti haqqında ətraflı məlumat verib. Daha sonra Najinski Naghiev şirkətinin həmtəsisçisi, təlimçi Cəlal Nağıyev biznesin əsasları və maliyyə göstəriciləri barədə çıxış edib. Cəlal Nağıyev şirkətin davamlılığının əhəmiyyət kəsb...

GYF Rəhbərliyi Azərbaycan İlahiyyat İnstitutunu Ziyarət Edib

Noyabrın 27-də Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib. Azərbaycan İlahiyyat İnstitutun rektoru Aqil Şirinov institutun fəaliyyəti, müəllim və tələbə kollektivi barədə, keçirilən dərslər və nailiyyətləri haqqında məlumat verib. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim də Fondun gördüyü işləri və həyata keçirdiyi layihələri qeyd edərək Aqil Şirinov başda olmaqla Azərbaycan İlahiyyat İnstitutunun...

Türkiyənin Məşhur Yazıçıları GYF-nin Qonağı Olub

Türkiyənin məşhur yazıçıları Bursa Uludağ Üniversitetinin müəllimi Prof. Dr. Bilal Kemikli, İstanbul Medeniyet Üniversitetinin müəllimi Prof. Dr. İsmail Güleç və İstanbul Sabahattin Zaim Üniversitetinin müəllimi Prof. Dr. Ergün Yıldırım Gəncliyə Yardım Fondunu ziyarət ediblər. Ziyarətdə Türkiyənin Fövqəladə və Səlahiyyərtli səfiri Doç. Dr. Cahit Bağcı da iştirak edib. Ziyarət əsnasında qonaqlar Fond rəhbərliyi və bir qrup gənclə görüşüb. Gəncliyə Yardım Fondunun...

BİGA-nın Yeni Üzvləri ilə Görüş Keçirilidi

Bu gün Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasına yeni üzv olan tələbələr ilə görüş keçirilib. Görüşdə Fondun Prezidenti Ahmet Tecim, təhsil koordinatoru Dr. Rüfət Şirinov, təhsil şöbəsinin əməkdaşı Nizami Əfəndiyev və BİGA-nın koordinatoru Şahalı Cəlilov iştirak edib. Fondun prezidenti Ahmet Tecim BİGA-ya yeni üzv olan tələbələr ilə yaxından tanış olub və onların gələcək həyatlarına yön verəcək...

GYF-də Şəhid Elgün Quliyevə Həsr Edilmiş İntellektual Bilik Yarışı Keçirilib

Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə H. Z. Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdə təhsil alan tələbələr arasında Şəhid Elgün Quliyevə həsr edilmiş intellektual bilik yarışı keçirilib. Yarışda “Üfüq”, “Mübariz İbrahimov”, “Zəngəzur”, “Badamdar”, “Çinar” adlı komandalar iştirak edib. Yarışın qalibi isə “Zəngəzur” komandası olub. Yarışmanın mükafatlandırılma mərasimində Fondun Prezidenti Ahmet Tecim iştirak edib və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin sonunda Gəncliyə...

Türkiyənin Sabiq Ailə, Əmək və Sosial Xidmətlər Naziri GYF-ni Ziyarət Edib

Türkiyənin sabiq ailə, əmək və sosial xidmətlər naziri, İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) baş direktoru Zehra Zümrüt Selçuk Gəncliyə Yardım Fondunu ziyarət edib. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonağa Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqqında ətraflı məlumat verib, fəaliyyətlərin sahəsinin zamanla genişləndiyini, Fondun xüsusi ilə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına vətəndaş cəmiyyəti olaraq...

Türk Sənət Akademiyasının Təsisçisi Erhan Ufak GYF-ni Ziyarət Etdi

Türk Sənət Akademiyasının təsisçisi, aktyor Erhan Ufak və akademiyanın idarə heyəti Gəncliyə Yardım Fondunu ziyarət edib. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonaqlara Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqqında ətraflı məlumat verib, fəaliyyətlərin sahəsinin zamanla genişləndiyini, Fondun xüsusi ilə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına vətəndaş cəmiyyəti olaraq töhfə verməyə çalışdığını və bu istiqamətdə layihələr həyata keçirdiyini qeyd edib. Erhan Ufak bəy də...