“Beynəlxalq Tərəfdaşlıqların Qurulması” Mövzusunda Müzakirə Keçirilib

11 mart 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşı Qoşqar Abbasov NAYORA-nın təşkilatçılığı ilə keçirilən Gənclər Təşkilatlarının Resurs Mərkəzində gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə baş tutan Azərbaycan Respublikası Milli Məclisinin deputatı, eyni zamanda İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili ilə görüşdə iştirak edib. Moderatorluğunu NAYORA-nın Baş katibi Ramin Həbibzadənin etdiyi görüşdə "Beynəlxalq tərəfdaşlıqların qurulması vasitəsilə...

Məşhur Yazıçı Rövşən Abdullaoğlu GYF-də Tələbələrlə Görüşüb

05 mart 2022-ci il tarixində “Light UP Training Platform”unun  təşkilatçılığı ilə  Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında məşhur yazıçı-psixoloq Rövşən Abdullaoğlunun Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr ilə görüşü keçirilib. Yazıçı-psixoloq Rövşən Abdullaoğlu əvvəlcə öz həyat hekayəsi, kitablarını yazarkən diqqət etdiyi nüanslar, əsərlərinin mövzu və obrazları haqqında çıxış edib, daha sonra isə tələbələr tərəfindən verilən sualları cavablandırıb. Görüşün...

GYF Rəhbərliyi V Beynəlxalq Etnosport Forumunun Açılış Mərasimində İştirak Edib

GYF Rəhbərliyi V Beynəlxalq Etnosport Forumunun Açılış Mərasimində İştirak Edib 5 mart 2022-ci il tarixində  Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri “Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında  keçirilən V Beynəlxalq Etnoidman Forumunun açılış mərasimi iştirak ediblər. Bakı şəhərində keçirilən foruma Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, BMT-nin Məskunlaşma Proqramının icraçı...

GYF-də “Kamil İnsan Modeli” adlı Seminar Keçirilib

Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında İstanbul Sabahattin Zaim Universitetinin müəllimi Dr. Alican Tatlının “Kamil İnsan Modeli” adlı seminarı keçirilib. Gəncliyə Yardım Fondunun Təhsil Şövbəsinin nümayəndəsi Rüfət Şirinov tədbiri açıq elan edərək iştirakçıları salamlayıb. O, tədbir iştirakçılarına qonaqlar haqqında məlumat verərək çıxış üçün sözü Dr. Alican Tatlıya verib. O, çıxışında Kamil İnsan Modelinin necəliyindən və şərtlərindən danışıb. Qloballaşan...

“Həyata Kitabla Addımla” Adlı Layihə Keçirildi

1 mart 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşları Qoşqar Abbasov və Ülvi Müzəffərli Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə keçirilən “Həyata kitabla addımla” adlı tədbirdə iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd uşaq ədəbiyyatına olan marağı artırmaq, uşaqları mütaliyəyə cəlb etmək, həmçinin oxu və mütaliəyə vərdişlərinin bədii təfəkkürün inkişafında rolunu artırmaqdır....

GYF-də “XX Əsrin Faciəsi: Xocalı Soyqırımı” Adlı Anım Tədbiri Keçirilib

26 fevral tarixində Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı və Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin iştirakı ilə Fondun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Xocalı Soyqırımının 30-cu il dönümü ilə əlaqədar “XX əsrin faciəsi: Xocalı Soyqırımı” adlı anım tədbiri keçirilib. Tədbir Xocalı şəhidləri başda olmaqla, 20 yanvar, I Qarabağ və vətən müharibəsi zamanı əziz canlarından...

GYF-Də Mərhum Şair Fərqanə Mehdiyevanın Xatirəsinə Həsr Olunmuş Şeir Müsabiqəsi Təşkil Olunub

Dünya Gənc Türk Yazarlar Birliyinin, Gəncliyə Yardım Fondunun, Ulduz jurnalının və "Fərqanə ədəbi məclisi"nin birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun H.Z. Tağıyev adına konfrans zalında mərhum şair Fərqanə Mehdiyevanın xatirə gecəsi və şairənin xatirəsinə həsr olunmuş şeir müsabiqəsi keçirilib. Gəncliyə Yardım Fondunun əməkdaşı Eldar Kərimov qonaqları və tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan edib. Daha sonra çıxış üçün sözü...

GYF Əməkdaşları “Gənclər Təşkilatlarının Beynəlxalq Təşkilatlarda İştirakçılıq Və Təmsilçiliyinin Artırılması” Mövzulu Müzakirədə İştirak Edib

18 fevral 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşları Qoşqar Abbasov və Şahalı Cəlilov NAYORA-nın təşkilatçılığı ilə Gənclər Təşkilatlarının Resurs Mərkəzində gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə baş tutan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyevlə görüşdə iştirak ediblər. Görüş çərçivəsində Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev Gənclər təşkilatlarının beynəlxalq təşkilatlarda iştirakçılıq və təmsilçiliyinin artırılması”...

T.C Bakı Böyükelçisi və Nümayəndə Heyəti Gəncliyə Yardım Fondunu Ziyarət Edib

T.C. Bakü Büyükelçisi Doç. Dr. Cahit Bağcı və Din Xidmətləri Müşaviri Zeki Yavuzyılmaz Gəncliyə Yardım Fondunu ziyarət edib. Qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb və Fondun fəaliyyətləri ilə yaxından tanış olublar. Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə ...

“Nizami Gəncəvi irsi və gənclik” kitabının təqdimatı keçirilib

12 fevral 2022-ci ildə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Nizami Gəncəvi irsi və gənclik" adlı layihə çərçivəsində eyniadlı kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə alimlər, tanınmış yazarlar, yeni nəsil araşdırmaçılar, ədəbiyyatsevərlər, gənc oxucular iştirak ediblər. Gəncliyə Yardım Fondunun akt zalında baş tutan tədbirdə fondun əməkdaşı Eldar Kərimov qonaqları salamlayıb, şəhidlərin ruhu...