GYF-də “Kitab Mütaliə Sənəti” Adlı Seminar Keçirilib

Mədəniyyətimi öyrənirəm 5 iyul 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Mədəniyyətimi öyrənirəm” yay düşərgəsi çərçivəsində “LİBRAFF” kitab mağazalar şəbəkəsinin PR meneceri Sərxan Rüstəmovun təqdimatında “Kitab mütaliə sənəti” adlı seminar keçirilib. Seminarda kitab oxumağın faydaları və gələcək həyatımıza təsirləri, kitab seçərkən və oxuyarkən diqqət edilməli nüaslar kimi məsələlərə toxunulub. Daha sonra düşərgədə iştirak edən tələbələrin kitablarla bağlı sualları...

“Natiqlik və Nitq Sənəti Adlı Seminar Keçirilib

1 iyul 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə fondunun Hacı Zeynalabidin Tağıyev adına konfras zalında Dr. Eldar Kərimovun təqdimatında “Natiqlik və Nitq Sənəti” adlı seminar keçirilib. Seminarda respublikanın müxtəlif universitetlərdə təhsil alan tələbələrin iştirak edib. Dr. Eldar Kərimov seminar iştirakçılarına  bədən dilindən düzgün istifadə, fikrin dolğunluğu və səlistliyi kimi natiqlik sənətinin sirlərini izah edib. Qeyd edək ki, bir...

“Faydalı Təhsilin Dinamikaları Adlı Seminar Keçirilib

2 iyul 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Mədəniyyətimi öyrənirəm” yay düşərgəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH mərkəzinin rəhbər müavini Anar İbrahimovun tələbələrlə görüşü keçirilib. Anar İbrahimov tələbələrlə xaricdə təhsilin almağın çətinlikləri və üstün tərəfləri haqqında, tələbələrin universititet və ixtisas seçimləri kimi bir sıra vacib məlumatları bölüşüb. Daha sonra düşərgədə iştirak edən tələbələrin sualları...

“Uşaqlarda Xoşbəxtlik Anlayışı Adlı Seminar Keçirilib

29 iyun 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabidin Tağıyev adına konfras zalında Tərəqqi İnkişaf Mərkəzinin “Yay məktəbi” layihəsi çərçivəsində Dr. Eldar Kərimovun təqdimatında “Uşaqlarda Xoşbəxtlik Anlayışı" adlı seminar keçirilib. Seminar nəzəri və praktiki olmaqla iki hissədə keçirilib. Əvvəlcə Eldar Kərimov uşaqlara “xoşbəxtlik nədir” sualını ünvanlayıb və onlardan müxtəlif cavablar əldə edib. Daha sonra seminar uşaqların bu cavabları...

Vətənini, Özünü, Ailəni Düşün – Sağlam Yaşa Mövzusunda Seminar Keçirilib

24 iyun 2021-ci il tarixdə Dədə Qorqud parkında, açıq havada Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "26 iyun - Ümumdünya narkomaniyaya qarşı mübarizə günü" münasibəti ilə "Vətənini, özünü, ailəni düşün - Sağlam Yaşa" mövzusunda seminar keçirilib. Seminarda Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov,...

“Hər Şəhid Bir Çinardır” Adlı Yazı Müsabiqəsinin Mükafatlandırma Mərasimi Keçirilib

Qarabağ şəhidlərinin adını əbədiləşdirmək məqsədi ilə Bakı məktəbliləri arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və  Dünya Gənc Türk Yazarlar Birliyin təşkilatçılığı ilə həyata keçirilən “Hər Şəhid Bir Çinardır” adlı yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbir bütün şəhidlərin ruhu bir dəqiqəlik sükut ilə yad edilərək başlanılıb. Daha sonra Azərbaycan...

“Tariximizin Dahiləri” Kitabının Təqdimatı Keçirilib

Gəncliyə Yardım Fondu və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB)  birgə təşkilatçılığı ilə “Təfəkkür Dünyamızın Ulduzları” layihəsi çərçivəsində hazırlanan “Tariximizin dahiləri” kitabının təqdimat proqramı keçirilib. Təqdimatda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB) rəhbəri Abdullah Eren, Türkiyə...

Əziz Mahmud Hüdayi Vəqfinin Səlahiyyətli Nümayəndəsi Şəhid Və Qazi Ailələrini Ziyarət Etdi

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və Türkiyə Əziz Mahmud Hüdayi Vəqfinin idarə heyətinin rəhbəri Abdurrahman Topbaş Vətən müharibəsi şəhidlərinin ailələrini və qaziləri ziyarət edib. Fond əməkdaşları və qonaqlar tərəfindən Şəki rayonun Turan qəsəbəsində şəhid Elməddin Mikayıloğlunun, Zaqatala rayonunda Mosul kəndində qazi Tural Əliyevin, Bərdə şəhərində şəhid Elçin Quliyev, Turqut Zeynalovun və Tərtər şəhərində yaşayan qazilərimizin ailələri, həmçinin Vətən müharibəsində...

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının Təmsilçiləri Gəncəyə Səfər Ediblər

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 103 illiyi münasibətilə “Qafqaz İslam Ordusunun dünəni, bu günü və sabahı” adlı tədbir keçirilib Tərxis Olunmuş Gənclərin Hərbiçiləri Maarifləndirmə Birliyinin sədri Emin Həsənli Xəzər Universitetinin  müəllimi tarixçi alim Telman Nüsrətoğlu Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Hərbi Akademiyanın müəllimi, General-Leytenat Yaşar Aydəmirov Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü Səfər zamanı Koalisiya təmsilçiləri iyunun 3-də Gəncə...

“Qarabağ Zəfəri və Qarabağ Şəhidləri” Şeir Müsabiqəsi Qalibləri Mükafatlandırıldı

Azərbaycanda orta məktəblərin 9-11-ci sinif şagirdləri arasında keçirilən “Qarabağ  Zəfəri və Qarabağ Şəhidləri” şeir müsabiqəsi qaliblərinə hədiyyələri təqdim edilib. TİKA-nın dəstəyi ilə keçirilən yarışmanın mükafatlandırma mərasiminə Türkiyə Respublikasının Azərbaycandakı səfiri Doç.Dr. Cahit Bağcı, Azərbaycan Respublikası Təhsil Nazirinin  müavini Muxtar Məmmədov, Türkiyə Respublikasının Baş Prokuroru Bekir Şahin, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, media nümayəndələri...