Yanvar Faciəsinə Həsr Olunmuş İnşa Yazı Müsabiqəsinin Qalibləri Mükafatlandırıldı‎

Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Gəncliyə Yardım Fondunun və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, təşkilatçılığı ilə...

16 GYF Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər. Qeyd edək ki Fond, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilmiş bir sıra tədbirlər də həyata keçirmişdir. Bu...

GYF-də 20 Yanvar Şəhid Ailələri İlə Görüş Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında 20 yanvar şəhid ailələri ilə görüş  keçirilib. “20 Yanvar-Hüzn və Milli Qürur Günü” adı altında baş tutan tədbirdə iştirak edən rəsmilər əvvəlcə 20 Yanvar hadisələrinə işıq tutan rəsm sərgisi ilə tanış olublar. Tədbir vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin ruhunu  bir dəqiqəlik sükutla yad edilərək və iki...

Daha Bir Ehtiyac Sahibinə Dəstək Olundu

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Bakı Şəhəri, Qaraçuxur qəsəbəsində yaşayan və 1-ci qrup əlil, 54 yaşlı Rəsulova Rübabə Hacıbaba qızını  yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan Rəsulova Rübabə Hacıbaba qızına əlil  arabası  təqdim edilib. ‎Məlum olub ki, Rübabə xanımın bədən hərkətləri demək olar ki, tamamilə məhdud olduğuna görə əlil arabası olmadan bir yerə hərək etməyə çətinlik...

GYF-də İlin Yekunlarına Həsr Olunmuş Tədbir Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunda ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.  Tədbirdə fondun prezidenti Ahmet Tecim çıxış edərək bütün əməkdaşları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edib, həyata keçirilən layihələrin əhəmiyyətindən və uğurlu nəticələrdən danışıb. Bütün şöbələrin fəaliyyəti yüksək qiymətləndirilib, gələcək layihələrdəki öhdəliklər təqdim edilib.  İl ərzində işdə uğurlu nəticələrinə görə fərqlənən əməkdaşlar rəhbərlik tərəfindən mükafatlandırılıb. Sonda kollektiv...

“Şəhidlər” Kitabının Müəllifi Rafiq Səməndər GYF-nin Qonağı Olub

20 yanvar şəhidlərinə həsr edilmiş “Şəhidlər” kitabının müəllifi yazıçı-ssenarist Rafiq Səməndər Gəncliyə Yardım Fondunun qonağı olub.  Fond rəhbərliyi ilə görüşən müəllif 30 il öncə Azərbaycan xalqının başına gətirilən müsibətdən söz açıb və dövrün həqiqətlərini ortaya qoyan kitabın necə ərsəyə gəlməsindən danışıb. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tanınmış yazıçının “Şəhidlər” kitabının bu günkü gənclər üçün də qiymətli əsər olduğunu qeyd...

GYF-də Asılı Olma, Azad ol! Adlı Maarifləndirici Tədbir Keçirilib

Gəncliyə Yardım Fondu, Light UP Training Platformu və Zərərli Vərdişlərə qarşı içtimai birliyinin təşkilatçılığı ilə "Asılı Olma, Azad ol!" adlı maarifləndirici keçirilib. Tədbiri Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış sözü ilə açıq elan edərək mövzunun əhəmiyyətindən bəhs edib və qonaqlara öz təşəkkürünü bildirib. Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının yolxucu olmayan xəstəliklər departamentinin koordinatoru, Yaşılay Cəmiyyətinin "Elmi şura"sının üzvü Prof. Dr. Toker...

GYF Əməkdaşları İmadəddin Nəsiminin 650 İllik Yubileyi İlə Əlaqədar Ağacəkmə Kampaniyasında İştirak Edib

Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünə Gəncliyə Yardım Fondu da böyük fəallıqla qoşulub, yüksək bayram əhval- ruhiyyəsi ilə ağacəkmə kampaniyası keçirilib. Nəsimi poeziyasının fəlsəfəsi təbiət gözəlliklərinin, saf bəşəri duyğuların, şəxsiyyət azadlığının tərənnümü üzərində qurulub və Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol...

Dövlət başçısı İlham Əliyevin 58 yaşı tamam olur

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ. Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib. 1985-ci ildə dissertasiya müdafiə edən İ. Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək...

Uğurlu Gənc Öz Həyat Hekayəsini Gənclərlə Paylaşdı

14 dekabr tarixində Gəncliyə Yardım Fondunda, BİGA-da qonağımız keçmiş GYF məzunu, Portuqaliyada təhsil almış, İqtisad Universitetinin müəllimi Anar İbrahimov oldu. "Məcburi köçkün düşərgəsindən dünyaya" başlığı ilə çıxış edən qonağımız keçdiyi ağır günlərdən sonrakı uğur yolundakı təcrübələrini tələbələrimizlə bölüşdü. Eyni zamanda gənclərə xaricdə təhsil mövzusunda və bizneslə bağlı öz tövsiyələrini verdi. Sonda gəncləri maraqlandıran sualları cavablandırdı.