Həyat Paylaşdıqca Gözəldir

07.04.2018-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşları və fondun vitse prezidenti Salman Əliyev Şəmkir və Bərdə rayonlarında fiziki məhdudiyyətli vətəndaşlarla görüşüb. Gəncliyə Yardım Fondunun əməkdaşları əvvəlcə millət vəkili Sona Əliyevanın iştirakı ilə Şəmkir rayon Bayramlı kəndində olublar. Məmmədova Gülnaz Qədim qızının müraciəti əsasında onun oğlu  I qrup əlil olan Məmmədov Leysan Arif oğluna əlil arabası təqdim edilib. Millət vəkili...

Tarixçi Əkbər N. Nəcəf GYF-də Gənclərlə Görüş Keçirib

Bu gün Bakı Gənclik Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında tarixçi, Azərbaycan Milli Araşdırmalar Assosasiyasının tarix araşdırmaları qrupunun rəhbəri Əkbər N.Nəcəfin müxtəlif universitetlərdə oxuyan gənclərlə görüşü keçirilib. Görüşdə Türk İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu, Gəncliyə Yardım Fondunun Bakı Təhsil koordinatoru Rüfət Şirinov  və Bakı Gənclik Akademiyasının koordinatoru Şükür Əndəlifov da iştirak...

Bir Ehtiyac Sahibinin də Ehtiyacı Qarşılandı

Bu gün Gəncliyə Yardım Fondu Xəlilova Sevda Sabir qızının müraciətinə əsasən, Bakı şəhəri Yasamal rayon Şərifzadə küçəsi bina 58 mənzil 22-də yaşayan Xəlilova Ofelya Abduləzim qızına əlil arabası təqdim edib. Gəncliyə Yardım Fondunun əməkdaşları tərəfindən təqdim olunan əlil arabası ailənin böyük sevincinə səbəb olub. Ehtiyac sahibi Ofelya Xəlilovanın qızı Sevda Xəlilova Gəncliyə Yardım Fonduna və onun rəhbərliyinə belə tez...

GYF –də “31 mart Azərbaycanlıların Soyqırımının 100 illiyi” ilə bağlı tədbir keçirilib

Bu gün 31 mart Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında tədbir keçirilib. Tədbirdə məruzəçi qismində ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi, dissertant Taleh Cəfərov çıxış edib. Tədbirdə “Qardaşlığımız Əbədidir” təşkilat komitəsinin nümayəndələri, və müxtəlif universitetlərin tələbələri iştirak edib.  Tədbiri giriş sözü ilə açıq elan edən...

1918-ci il Azərbaycanlıların Soyqırımı. Bakıda Mart Qırğınları

XX əsr Azərbaycan tarixində 1918-ci il bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr baxımından yəqin ki, ən əhəmiyyətli zaman kəsiyidir. Bu hadisələrin ən yüksək zirvəsi, sözsüz ki, 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir. Sonrakı mühüm tarixi hadisələr –  sentyabrın  15-də Bakının birləşmiş Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edilməsi və Azərbaycan hökumətinin Bakıya köçməsi,...

Azərbaycan Xalqından Afrin Qələbəsinə Dəstək Nümayişi

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyanın Afrin bölgəsində qazandığı əzmkar qələbə münasibəti ilə Bakıda Türkiyə səfirliyinin qarşısında aksiya keçirilib. “Qardaşlığımız Əbədidir” platformunun təşkilatçılığı ilə baş tutan aksiyada platformanın üzvü olan təşkilatlar, Qarabağ qaziləri, şəhid valideynlərindən ibarət izdiham iştirak edib. İştirakçılar səfirliyin qarşısına “Qarabağ-Afrin-Türkiyə” şüarını səsləndirərək gəliblər. Aksiyada ilk olaraq çıxış edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib...

“Azərbaycan və Türkiyə qardaşlığının dünəni, bugünü və sabahı” mövzusunda ‎elmi-praktik konfrans keçirilib

2018-ci ilin fevral ayında Azərbaycan Respublikasının bir qrup qeyri-hökumət təşkilatı tərəfindən yaradılan “Qardaşlığımız Əbədidir” adlı təşkilat komitəsi 15 mart 2018-ci ildə ADPU-da “Azərbaycan və Türkiyə qardaşlığının dünəni, bugünü və sabahı” mövzusunda elmi-praktik konfrans keçirib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri oxunub, “Qardaşlığımız əbədidir” videoroliki nümayiş etdirilib.  Daha sonra Azərbaycan Gənc Alim, Aspirant və...

Azərbaycan və Türkiyə Qardaşlığına Həsr Olunmuş “Qəhrəmanlıq ‎Dastanımız” adlı Musiqili-bədii gecə keçirilib

2018-ci ilin fevral ayında Azərbaycan Respublikasının bir qrup qeyri-hökumət təşkilatı tərəfindən yaradılan “Qardaşlığımız Əbədidir” adlı təşkilat komitəsi 15 mart 2018-ci ildə Azərbaycan Dövlət Musiqili Teatrında “Qəhrəmanlıq Dastanımız” adı altında musiqili-bədii gecə keçirib. Tədbir iştirakçıları “Qəhrəmanlıq Dastanımız” adlı rəsm sərgisi ilə tanış olublar. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri oxunub, “Qardaşlığımız əbədidir” videoroliki nümayiş...

Qardaş Türkiyənin Millət Vəkilləri GYF-nin Qonağı Olub

Bu gün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM)  bir qrup millət vəkili Gəncliyə Yardım Fondunun qonağı olub. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara fondunun təhsil, insani yardım və sosial fəaliyyətləri haqqında  geniş məlumat verib. Türkiyə Böyük Millət Məclisinin (TBMM) AK Parti Giresun millət vəkili Adem Tatlı, başçılıq etdiyi qurupun adından Gəncliyə Yardım Fondunun prezidenti Ahmet...

Millət Vəkili Tələbə Gənclərlə Görüşdü

10.03.2018-ci il tarixində Türkiyəli Millət Vəkili Saadettin Aydın Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdən olan tələbələrlə görüşüb. Görüş zamanı tələbələrə maraqlı məlumatlar verən natiq, əsasən mütaliə mədəniyyəti, kitabla rəftar qaydaları və əsas oxumaq formaları haqqında söz açıb. Diskussiya şəklində davam edən görüşün sonunda cənab Saadettin Aydın tələbələrə maraqlı olan sualları cavablandırıb. Görüşün sonunda Saadettin Aydına...