Gəncliyə Yardım Fondunun Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər. Qeyd edək ki Fond, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş bir sıra tədbirlər də həyata keçirib. 

“20 Yanvar Faciəsi Xalqımızın Qəhrəmanlıq Salnaməsidir”‎

“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı. Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Gəncliyə Yardım Fondunun və Bakı Şəhər...

‎“Davosa Doğru-Bakı” Forumu Keçirilib

Azərbaycan Diplomatik Akademiyasinda (ADA), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Prezidenti yanında Gənclər Fondu və "Youth İnc" Gənclərin Sahibkarlıq Proqramının dəstəyi ilə 17.01.2017-ci il tarixində "Davosa Doğru-Bakı" Forumu keçirilib. Forumda Gəncliyə Yardım Fondunun nümayəndə heyəti iştirak edib. Tədbirin təçkilatçısı Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və "Global Shapers Community Baku" tərəfindən təşkil olunan forum gənc sahibkarların biznes təşəbbüslərinin sərgisi...

İİTAM-ın 7 İlliyinə Həsr Olunmuş Tədbir Keçirildi TAM-ın 7 İlliyinə Həsr Olunmuş Tədbir Keçirildi

7 yanvar 2017-ci il tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adında konfrans zalında İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin 7 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Gəncliyə Yardım Fondunun rəhbərliyi və İATM-in tərəfdaşları iştirak edib. İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Ruslan Atakişiyev tədbir iştirakçılarına İATM-in keçdiyi yol barəsində məlumat verib. Tədbirdə iştirakçılara həmçinin, İATM-in fəaliyyətini əks etdirən videoçarx...

rəvan “Gizlədilmiş Həqiqətlər” Adlı Sənədli Filmin Təqdimatı Olub

21 Dekabr 2016-cı il tarixində,  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İKT Mərkəzinin istehsalı olan “İrəvan: gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimat mərasimi olub. Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Gənclər və İdman Naziri Azad Rəhimov, millət vəkilləri və Gəncliyə Yardım Fondunun nümayəndələri iştirak edib. Sənədli...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Yanındayıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Kayseridə törədilmiş amansız terror aktına görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Kayseridə törədilmiş amansız terror aktı nəticəsində türk əsgərlərinin şəhid olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi. Biz bu qanlı hadisəni lənətləyir, dəhşətli bəlaya çevrilmiş terrorizmə qarşı mübarizənizdə Sizi dəstəkləyir və daim qardaş Türkiyənin yanındayıq. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların...

Onun Sevinci Hər Şeyə Dəyər

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məlahət İbrahimqızının təşəbbüsü və Gəncliyə Yardım Fondunun maaliyə dəstəyi ilə Bakı şəhəri ikinci Alatava ərazisində yaşayan 20 yaşlı Mirzəyev Novruz İlham oğluna bir ədəd əlil arabası təqdim olunub. Təqdimetmə zamanı Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev iştirak edərək əlil arabasını təqdim edib. Gəncliyə Yardım Fondunun xeyriyyə aksiyalarından danışaraq qısa bir məlumat verib. Təkcə 2016-cı...

GYF-də Beynəlxalq Gənc Dərnəyinin Fəalları İlə Görüş Keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, ASAN Könüllüləri Təşkilatının təşkilati dəstəyi ilə "I Beynəlxalq Startup Akademiyası: Gəncə 2016" layihəsi həyata keçirilib. Layihə üç gün təşkil edilib. Bu zaman çərçivəsində yerli və xarici ekspertlərdən ibarət olan təlimçilər qrupu innovativ-texnoloji layihələrin yaradılması, inkişaf etdirilməsi mövzusunda öyrədici və istiqamətləndirici təlimlər aparılıb və gənclərin bu sahədə ideyalarını həyata keçirmək üçün qarşılarına çıxan...

Şəhidlərimizin Məzarı Ziyarət Olunub

13.11.2016-cı il tarixində Gəncilyə Yardım Fondunun bir qurup könüllü gənci, torpaqlarımızın erməni qəsbkarlarından azad etmək uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan şəhid Mübariz İbrahimovun məzarını ziyarət edib. Məzarı üzərində dualar oxunub. Gənc könüllülərə Mübarizin  bir gecədə xalqının qəhrəmanına çevrilməsindən danışılıb. Adı Azərbaycanın qəhrəmanlıq tarixinə yazıldığından bəhs olunub. Onun göstərdiyi şücayətin bütün türk dunyasında örnək göstriləcək, adına dastanlar yazılacaq bir...

“Seyid Yəhya Şirvani və Xəlvətilik” Kitabının Təqdimat Mərasimi ‎Keçirildi

Noyabr ayının 11 –də Gəncliyə Yardım Fondununun Hacı Zeynalabdin Tağıyev adına konfrans salonunda Nəzakət Məmmədlinin müəllifi olduğu “Seyid Yəhya Şirvani və Xəlvətilik” kitabının təqdimatı olub. Tədbirdə iştirak edənlər arasında Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim, Uluslararası Kalkınma və İşbirliği Derneği Başqanı Musa Serdar Çelebi, TİKA Baku Koordinatörü Adəm Urfa, Bakı Dövlət Universiteti İlahiyyat Fakultəsinin dekanı Osman Aydın, AMEA Əlyazmalar...