“İş Axtarmaq, Bir İşdir” Mövzusunda Təlim‎

05 noyabr  2016-ci il tarixində Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin təşkilatçılığı, TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə “Bakı Gənclik Akademiyası” layihəsi çərçivəsində gənclərimizin görüşünə İnsan Resursları üzrə mütəxəssis, təlimçi Namiq Məmmədov gəldi. Tədbiri giriş sözü ilə açıq elan edən “Bakı Gənclik Akademiyası” kordinatoru Vəfadar Babayev təlimçi Namiq Məmmədov haqqında tələbələrimizə, tələbələrimiz və ümumi “Bakı Gənclik Akademiyası”...

Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasinin 60 ‎İlliyinə Həsr Olunan Yubiley Mərasimi Keçirilib

Noyabrın 3-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə həsr olunan təntənəli yubiley mərasimi keçirilib. Təntənəli mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmov ötən illər ərzində teleradio sahəsində görülən işlərdən bəhs edib və televiziyanın gələcək işlərində uğurlar arzulayıblar. Tədbirdə Gəncliyə Yardım Fondunun nümayəndə heyəti də...

Vətənpərvərlik Mövzusunda Çəkilmiş Qısametrajlı Filmin Təqdimatı Oldu

02.11.2016-cı il tarixində aprel döyüşlərinə və həmin vaxt həlak olan əsgərlərin xatirəsinə həsr olunmuş “Çağır məni” klipinin və qısametrajlı filminin təqdimatı olub.  Həm filmin, həm də klipin rejissoru Elmar Məmmədovdur. Ssenari müəllifi isə Pəyyam Rafiqdir. Hər iki ekran işində SevincTofiqqızı, Aslan Hüseynov, aktyor Mehman Məmmədov, Mehdi Abdullayev rol alıb. Tədbirdə ilk olaraq himnimiz səsləndirilib və  1 dəqiqəlik sükutla şəhidlərimizin ruhu...

Bakı Gənclik Akademiyası” Öz İşinə Başladı

29 oktyabr 2016-ci il tarixində Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin təşkilatçılığı, TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə “Bakı Gənclik Akademiyası” layihəsinə yenidən strat verilib. Tədbiri giriş sözü ilə açıq elan edən “Bakı Gənclik Akademiyası” kordinatoru Vəfadar Babayev ötən ilki layihə haqqında və bu il layihə çərçivəsində gənclərimizi gözləyən yeniliklər barədə məlumat verdi. Daha sonra söz layihə çərçivəsində...

Onların Həyatında Yeni Qapı Açıldı

Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin Bakı Koordinatorluğu (TİKA), Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və Pənah Əlillər Cəmiyyətinin dəstəyi ilə Ağdaş şəhərində 30 nəfərə əlil arabası təqdim olundu. Tədbiri giriş sözü ilə açan Ağdaş şəhər İcra Hakimiyyətinin Humanitar və İctimai əlaqələr şöbəsinin əməkdaşı Qalib Həsənov Azərbaycanda əlillərə verilən diqqət və qayğıdan söz açdı. Tədbirin mahiyyətindən danışan Qalib Həsənov Türk Əməkdaşlıq və...

GYF Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edir

Azərbaycanın Dövlət Müstəqilliyi günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biri. Hər il 18 oktyabrda qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi...

ReTweet referenduma onlayn dəstək kampaniyasının yekun tədbiri keçirilib

Bu gün  “Hyatt Regency” otelinin Quba zalında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə həyata keçirilən "ReTweet" referenduma onlayn dəstək kampaniyasının yekun tədbiri keçirilib. Tədbirdə Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Millət vəkili Hadı Rəcəbli və Gənclər Təşkilatlarının nümayəndələri, rəhbər işçiləri o cümlədən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev və ictimai əlaqələr şöbəsinin müdiri Eldar Kərimov  iştirak edib. Qeyd...

GYF Rəhbərliyi V Bakı Beynəlxalq Humanitar Forumunda İştirak Edib

29.09.2016 tarixində Heydər Əliyev Mərkəzində öz işinə başlayan V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban xanın Əliyeva iştirak edib. Dövlət başçısı Forumun açılışında nitq söyləyib. Forum çərçivəsində  “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, mövzusunda keçirilən dəyirmi masada Gəncliyə Yardım Fondunun rəhbərliyi də iştirak edib. Qeyd edək...

Azərbaycan -Türkiyə gənclər forumu keçirilib

“ADA” Universitetinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə ölkəmizin müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı Azərbaycan-Türkiyə gənclər forumu keçirilib. Forumu açan Xarici İşlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, tədbirin məqsədi 25 il ərzində sürətlə inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinə, mühüm tarixi hadisələrə nəzər salmaq, ölkələrimizin strateji tərəfdaşlığını daha da gücləndirmək, yeni imkanlardan istifadə etmək və ümumi...

GYF Şəhid Ailələrinə Bayram Sevinci Yaşatdı

Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərini davam etdirib. Belə ki, Gəncliyə Yardım Fondu qurban kəsmək və paylamaq fəaliyyətinə 1994-cü ildən başlayıb. Fond o zamandan etibarən də hər il qurban bayramında qurban kəsimlərini həyata...