Sosial Fəaliyyətlər GYF-də Gənclərə “İş Axtarmaq Özü Belə Bir İşdir” Mövzusunda Təlim ‎Keçirilib

GYF-də Gənclərə “İş Axtarmaq Özü Belə Bir İşdir” Mövzusunda Təlim ‎Keçirilib

5

03 noyabr 2018-ci il tarixində Bakı İstedadlı Gənclər Akademiyasının qonağı  İnsan Resusları üzrə mütəxəssiz, təlimçi Namiq Məmmədov olub.

Əvvəlcə Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şükür Əndəlifov tədbiri açıq elan edərək tələbələrə qonaq haqqında geniş məlumat verib.

Namiq Məmmədov da öz çıxışında Bakı İstedadlı Gənclər Akademiyasının bütün tələbələrini salamlayıb və akademiyanın fəaliyyətlərini yüksək qiymətləndirib. Daha sonra qonaq tələbələrə “İş axtarmaq özü belə bir işdir” mövzusunda tələbələrə seminar verib. Seminar çərçivəsində qonaq, iş axtarmağı, düzgün CV yazmağı, müsahibə üçün dəvət olunduğunda necə və hansı şəkildə gedib görüşəcəyi barəsində, geniş məlumat verib. Rəhbər-işçi münasibətində diqqət olunacaq xüsuslar, iş görüşməsində edilən səhvlər və buna bənzər bir neçə proseslər barəsində tələbələri məlumatlandırıb”.

Tədbirin sonunda tələbələr tərəfindən suallar ünvanlanıb və ətraflı şəkildə Namiq bəy tərəfindən cavablandırılıb. Sonra öz dəyərli vaxtından ayırıb gəlib belə bir seminarın məruzəçisi olduğu üçün təşkilat tərəfindən hədiyyə təqdim edilib.