Sosial Fəaliyyətlər GYF-də “İş Axtarışı Prosesinin Planlanması” Adlı Seminar Keçirildi

GYF-də “İş Axtarışı Prosesinin Planlanması” Adlı Seminar Keçirildi

10

Bu gün Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Dövlət Məşğulluq Agentliyi Karyera Planlanması şöbəsinin mütəxəssisi Xanoğlan Sadiq tərəfindən “İş Axtarışı Prosesinin Planlanması” adlı seminar keçirilib.

Əvvəlcə BİGA-nın koordinatoru Şahalı Cəlilov qonağa akademiyanın məqsədi və fəaliyyəti haqqında məlumat verib. Daha sonra Xanoğlan Sadiq iş axtarışı prosesi planının aparılmasından, diqqət ediləcək məqamlardan danışıb. Bu prosesinin zəruri tələbləri barədə tələbələrə izah verib.

Tədbirin sonunda BİGA təfərdinən Xanoğlan bəyə xatirə hədiyyəsi tədqim edilib.