Sosial Fəaliyyətlər GYF-də Şəhid Elgün Quliyevə Həsr Edilmiş İntellektual Bilik Yarışı Keçirilib

GYF-də Şəhid Elgün Quliyevə Həsr Edilmiş İntellektual Bilik Yarışı Keçirilib

10

Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə H. Z. Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdə təhsil alan tələbələr arasında Şəhid Elgün Quliyevə həsr edilmiş intellektual bilik yarışı keçirilib.

Yarışda “Üfüq”, “Mübariz İbrahimov”, “Zəngəzur”, “Badamdar”, “Çinar” adlı komandalar iştirak edib. Yarışın qalibi isə “Zəngəzur” komandası olub. Yarışmanın mükafatlandırılma mərasimində Fondun Prezidenti Ahmet Tecim iştirak edib və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda Gəncliyə Yardım Fondu tərəfindən qalib komandalar mükafatlandırılıb və yarış iştirakçılarına sertifikatlar təqdim edilib.