Sosial Fəaliyyətlər GYF-də Ənənəvi İftar Süfrələri Davam Edir

GYF-də Ənənəvi İftar Süfrələri Davam Edir

36

Hər il Ramazan ayında Gəncliyə Yardım Fondunun konfrans zalında ənənəvi olaraq təşkil edilən iftar süfrələrində cəmiyyətin müxtəlif təbəqələrindən insanlar iştirak edir.

Bu gün iftarda Türkiyənin Azərbaycandakı səfiri Doç. Dr. Cahit Bağcı, səfirliyin müşavirləri, Türkdilli Dövlətlərin Parlament Assambleyasın sədri Mehmet Sereyya Er və TÜRKPA əməkdaşları, Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı müşaviri Ulaş Kıvılcım, Türk İş Birliyi və Koordinasiya Agentliyinin nümandələri, Azərbaycanda faliyyət göstərən məktəblərin rəhbər və müəllim kollektivi iştirak edib.

Türkiyənin Azərbaycandakı səfiri Doç. Dr. Cahit Bağcı Ramazan ayı münasibəti ilə hər kəsi təbrik edib, iftar süfərləri açdığına görə Gəncliyə Yardım Fonduna təşəkkür edib.