Oktyabrın 29-da Türkiyə Respublikasının 102-ci İldönümü Münasibətilə Gülüstan sarayında keçirilən rəsmi qəbulda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, idarə heyətinin üzvləri və nümayəndələri iştirak edib.
Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram münasibətilə təbrik məktubu Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün tərəfindən, Azərbaycan Respublikasının Prezidenti İlahm Əliyevin təbrik məktubu Milli Məclisin sədri Sahibə Qafarova tərəfindən oxunub.
Tədbir daha sonra bəddi hissə ilə davam edib.
Qeyd edək ki, rəsmi qəbulda Dünya Etnospor Konfederasiyasının sədri Bilal Ərdoğan, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin sədri Abdullah Eren, Milli Məclisin deputatları, dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbərləri və üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri, media subyektlərinin nümayəndələri iştirak ediblər.













