Sosial Fəaliyyətlər GYF-də Zəfər Gününə Həsr Olunmuş Tədbir Keçirilib

GYF-də Zəfər Gününə Həsr Olunmuş Tədbir Keçirilib

2

Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında Bakı İstedadlı Gənclər Akademiyası və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə “Canavar Qulağı” kitabının müəllifi yazıçı Vasif Qurbanzadə və 44 günlük Vətən müharibəsində Canvar qulağı postunda döyüşən qazi Sərxan Abbasəliyev iştirak edib.

Anım tədbiri torpaqlarımızın azadlığı və suverenliyi uğrundan əziz canlarını fəda edən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilməsi ilə açıq elan edilib.

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilovun moderatorluğu proqram davam edib.

“Canavar Qulağı” kitabının müəllifi Vasif Qurbanzadə Vətən Müharibəsi boyunca qarşılaşdığı hadisələr və Zəfərin Azərbaycana qazandırdığı nailiyyətlər haqqında çıxış edib. Otuz ilə yaxındır torpaqların azadlığını gözləyən nəslin şanlı qələbəsini, şəhid və qazilərin, arxa cəhbədə mübarizə aparanların həyat hekayələrinin yer aldığı kitab gələcəyə bir mesadır, deyə Vasif bəy qeyd edib.

Qazi Sərxan Abbasəliyev müəlliflə tədbirdə tanış olduqlarını qeyd edərək, kitabla tanış olmasının maraqlı hekayəsini tədbir iştirakçıları ilə bölüşüb. Canavar Qulağı postunda yaralanan Sərxan bəy, müharibənin şəfərli tarixi və keçirdiyi hislər haqqında fikirlərini qeyd edib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edərək bildirib ki, zəfərlə bitən 44 günlük Vətən Müharibəsinin Azərbaycan xalqının və Azərbaycan Ordusunun gücünün hansı səviyyədə olduğunu göstərdi. Şəhidliyin ən ali zirvə olduğunu, könül coğrafiyamızda ən təsirli hekayələrin şəhidlərlə bağlı olduğunu bildirib.

Daha sonra qonaqlara xatirə hədiyyələri təqdim edilib və “Canavar Qulağı” kitabının imza saatı keçirilib.