Sosial Fəaliyyətlər BİGA-da “Karyerada Natiqliyin Rolu” Mövzusunda Seminar Keçirilib

BİGA-da “Karyerada Natiqliyin Rolu” Mövzusunda Seminar Keçirilib

3

Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında Bakı İstedadlı Gənclər Akademiyasında “Karyerada natiqliyin rolu” mövzusunda seminar təşkil olunub.

Müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr və gənclər iştirak etdiyi seminarın eksperti qismində biznesin inkişafı üzrə mütəxəssis Ağarəhim Şavruqzadə çıxış edib.

Ağarəhim Şavruqzadə çıxış edərək müasir dövrdə natiqlik bacarıqlarının karyera inkişafında mühüm rol oynadığını vurğulayıb. Ekspert bildirib ki, effektiv ünsiyyət, düzgün təqdimat, eləcə də auditoriya qarşısında inandırıcı çıxış etmək peşəkar uğurun əsas komponentlərindən biridir.

Daha sonra nitqin qurulması, fikrin aydın və təsirli ifadə edilməsi, bədən dili və səhnə davranışı, eləcə də çıxış zamanı həyəcanın idarə olunması ilə bağlı praktiki məşqlər keçirilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Seminarın eksperti Ağarəhim Şavruqzadəyə Bakı İstedadlı Gənclər Akademiyası tərəfindən xatirə hədiyəsi təqdim olunub.