Sosial Fəaliyyətlər Cəbhə bölgələrinə səfər başa çatdı

Cəbhə bölgələrinə səfər başa çatdı

4

GYF-nin vitse-prezidenti Salman Əliyev fəxri fərmanlarla təltif edildi.

Bu günlərdə Gənclər Təşkilatları Milli Şurası və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən cəbhə bölgələrinə səfər layihəsi başa çatdı. Layihə çərçivəsində cəbhə rayonlarına 5 günlük səfər təşkil olunmuşdu. Gənclər təşkilatlarının nümayəndələri Beyləqan, Füzuli, Ağdam, Şəmkir, Qazax, Tovuz və Gəncə şəhərlərində yerləşən hərbi hissələrdə olub və əsgər-zabit heyəti ilə görüşlər keçiriblər. 

QHT nümayəndələri şəhid ailələrini ziyarət edib, öz xəttə yerləşən postlara baş çəkərək baş verən hadisələri dolğun və dəqiq şəkildə cəmiyyətə çatdırıblar. Nümayəndə heyətinin tərkibində Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev də iştirak edib. Qonaqlar, hərbiçilərimizə göstərdikləri diqqət və qayğıya görə ziyarət etdikləri hərbi hissə komandirləri tərəfindən fəxri fərmanla təltif ediliblər.