Sosial Fəaliyyətlər Cəbhə bölgəsindəki yaşayan insanlarla görüşdük

Cəbhə bölgəsindəki yaşayan insanlarla görüşdük

6

Gəncliyə Yardım Fondu təmas xəttində yaşayan ailələrə 200 ədəd ərzaq paketi paylayıb.

15.04.2016 tarixində Gəncliyə Yardım Fondu və Tərtər Rayon İcra Hakimiyyəti birgə əməkdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində Tərtər rayonu Qapanlı kəndində yaşayan 200 ailəyə ərzaq yardımı edib. Kənd sakinləri ilə görüşən Fondun əməkdaşları son günlərdə yaranan çətin vəziyyətlə bağlı onların yanında olduqlarını vurğulayıblar.

Sonda kənd sakinləri Fondumuza hər zaman onları dəstəklədikləri və yanlarında olduqları üçün təşəkkürlərini bildiriblər.