Gəncliyə Yardım Fondu və Türk İşadamları Koordinasiya Ajansının (TİKA) birgə əməkdaşlığı ilə 19-24.04.2016 tarixlərində Türkiyənin fikir adamlarından olan ilahiyyatçı-yazar Prof. Dr. İrfan Gündüz Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində qonaq Qafqaz Müsəlmanları idarəsinin sədri Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və bir sıra dövlət xadimləri ilə görüşüb. Daha sonra İrfan Gündüzün səfəri rayonlarda da davam edib.
21.04.2016 tarixində Zaqatala şəhərində olan İrfan Gündüz Bakı İslam Universitetinin Zaqatala şöbəsində Multikulturalizm ili və Mövlud həftəsi ilə əlaqədar olaraq “Peyğəmbərimizə Məhəbbət və Bəşəriyyət üçün Xeyirli Nəsil” adlı konfrans da çıxış edib. Çıxış zamanı İrfan Gündüz “İslam dini mədəniyyət üzərinə qurulmuşdur və bu mədəniyyətin ən bariz nümunəsi Peyğəmbərimizdir” deyə vurğulamışdır. Gənclərə də öz tövsiyyələrini verən natiq “müasir dövrdə gənclər özlərinə nümunə olaraq Peyğəmbərimizi seçməlidir”deyib.
23.04.2016 tarixində Bakıda olan qonaq Gəncliyə Yardım Fondununun ev sahibliyi etdiyi “Peyğəmbərimizə Məhəbbət və İnsanlıq üçün Xeyirli Nəsil” adlı konfransda da çıxış edib. Konfransda Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmet Tecim, Türkiyə Səfirliyinin Müşavirləri və bir sıra dövlət xadimləri və tələbə gənclər iştirak edib. Tədbirin sonunda tədbir iştirakçılarının suallarını cavablandıran natiq təşkilatçılara öz təşəkkürünü bildirib və bu kimi tədbirlərin davamlı olmasını niyaz edib.