Sosial Fəaliyyətlər TİKA Bakı Koordinatoru GYF-nin Qonağı Olub

TİKA Bakı Koordinatoru GYF-nin Qonağı Olub

6

13.01.2018-ci il tarixində T.C. Başbakanlık Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı Bakü Program Koordinasyonun idarə heyəti Gəncliyə Yardım Fondunun qonağı olub. Gəncliyə Yardım Fondunun prezidenti və idarə heyəti ilə görüşən qonaqlar səmimi çay süfrəsi arxasında söhbət edib. TİKA Bakı Koordinatoru Adəm Urfa yüksək qonaqpərvərliyə və dəvətə görə Fondun prezidenti Cənab Ahmet Tecimə dərin minnətdarlığını bildirib. Gəncliyə Yardım Fondunun fəaliyyətlərini yaxından izlədiyini, yüksək qiymətləndirdiyini bildirən Adəm Urfa gələcək fəaliyyətlərində fonda və onun idarə heyətinə uğurlar arzulayıb.

Qeyd edək ki, TİKA Bakı Koordinatorunun yardımçısı Memmedeli Yetişmiş bu ay Azərbaycanda olan fəaliyyət dönəmini başa vurub. O, xidməti fəaliyyətini davam etdirmək üçün Afrika qitəsinə, Etiyopyaya təyinat alıb. Fond rəhbərliyi ona bu fəaliyyətində uğurlar arzulayıb.

Sonda Gəncliyə  Yardım Fondunun prezidenti tərəfindən qonaqlara xatirə hədiyyəsi təqdim olunub və şəkil çəkilib.