Sosial Fəaliyyətlər 2018 BDU Jurnalistika Fakultəsinin Dekanı GYF-nin Qonağı Olub

2018 BDU Jurnalistika Fakultəsinin Dekanı GYF-nin Qonağı Olub

4

08.02.2018-ci il tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Bakı Dövlət Universitetinin Tədris-teleradio studiyası əməkdaşı Ramin Rzayev və Müasir İnkişaf İctimai Birliyinin idarə heyətinin sədri Mübariz Göyüşlü, Gəncliyə Yardım Fondunun qonağı olub. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonaqlara fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqında ətraflı məlumat verib.

Çay süfrəsi ətrafında keçən görüşdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və Müasir İnkişaf İctimai Birliyinin idarə heyətinin sədri Mübariz Göyüşlü yüksək qonaqpərvərliyə görə fond rəhbərliyinə dərin təşəkkürlərinin bildirərək gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Görüşün sonunda xatirə hədiyyəsi olaraq qonaqlara “Keçmişdən günümüzə Azərbaycan-Türkiyə xeyriyyəçilik ənənəsi- QARDAŞ KÖMƏYİ”  kitabı təqdim edilib və xatirə şəkili çəkilib.