Fevralın 24-də Bakı Xətai Sənət Mərkəzində “Unudulmaz dərdimiz Qarabağ” adlı rəsm sərgisi açılıb. Sərgi Azərbaycan Rəssamlar İttifaqı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Ziya” İnsan Hüquqlarının Müdafiə Mərkəzi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə reallaşıb.
Tədbir iştirakçıları Xocalı abidəsini zityarət edərək gül dəstələri qoyub və Xocalı hadisələri zamanı həlak olanlar üçün dualar ediblər. Daha sora Xətai Sənət Mərkəzində toplaşan iştirirakçılar tədbiri açıq elan edib.
Çıxış edənlər erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.
Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edərək ermənilərin tarix boyu türklərə qarşı silsilə cinayətlər törətdiyini, Xocalı faciəsinin də bunun bariz nümunəsi olduğunu vurğulayıb. Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqda qardaş Türkiyənin hər zaman Azərbaycan xalqının yanında olduğunu qeyd edib
Sərgidə 100-dən çox rəssamın təsviri və tətbiqi sənətin bütün növləri üzrə 150-dən artıq işi nümayiş olunub. Tədbirdə müxtəlif yaş qruplarında rəssamlar və dekorativ sənət ustaları iştirak edib.