9 noyabr 2019-cu il tarixində Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun “Bakı Gənclik Akademiyası” layihəsi çərçivəsində Türkiyənin İbn Haldun Universiteti Himayəçilər Şurasının sədri Prof. Dr. İrfan Gündüzün “Gənclərə Yön Verən Dəyərlərimiz” adlı seminarı baş tutub. Tədbirdə Gəncliyə Yardım Fondunun əmkdaşları , Bakı Gənclik Akademiyasının və müxtəlif universitetlərin tələbələri iştirak edib.
Azərbaycan Respublikasının Dövlət himni və Türkiyə Cümhuriyyətinin İstiqlal marşı səsləndirildikdən sonra Gəncliyə Yardım Fondu Təhsil Şöbəsinin koordinatoru Rüfət Şirinov seminarı açıq elan edərək tələbələrə qonaq haqqında məlumat verib.
Prof. Dr. İrfan Gündüz gənclərə milli-mənəvi dəyərlərimiz, modern çağda keçmişimizə, tariximizə sahib çıxmağın əhəmiyyəti və onların gələcəkdə faydası barədə çıxış edib. İrfan bəy həmçinin tələbələrə zamanlarının dəyərini bilmələri, ondan daha səmərəli ifadə etmələri ilə bağlı öz məsləhətlərini verib. Daha sonra klassik türk sənət musiqiçisi Ender Doğan 9-Noyabr Azərbaycanın Bayraq Günü münasibəti ilə vətənpərvərlik mövzusunda musiqilər ifa edib.
Tədbirin sonunda tələbələrin sualları cavablandırıb və xatirə şəkili çəkdirilib.