Sosial Fəaliyyətlər KKTC-nin Təmsilçisi Ufuk Turganer GYF-nin Qonağı olub

KKTC-nin Təmsilçisi Ufuk Turganer GYF-nin Qonağı olub

15

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer və təhsil və mədəniyyət attaşesi Tevfik Ulual Gəncliyə Yardım Fondunu ‎ziyarət ‎edib.   Ziyarət əsnasında qonaqlar, Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və icraçı katib Sedat ‎Dəmir ilə görüşüb. Səmimi çay ‎süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet ‎Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.‎

Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar ‎yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da ‎möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer də öz növbəsində  fond rəhbərliyinə bu ‎cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib ‎və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Qeyd edək ki, 2016-cı ildən bu günə qədər Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer xanınım bu günlərdə səlahiyyət müddəti bitir. Bu münasibətlə fond rəhbərliyi Ufuk Turganer xanıma Azərbaycandakı uğurlu xidmətlərinə görə təşəkkür edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşün sonunda qonaqlarla xatirə şəkilləri çəkilib və qonaqlara Gəncliyə Yardım Fondunun xatirə ‎hədiyyəsi təqdim edilib.‎