16 aprel 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
Ahmet Tecim səfir Erkan Özoralı səmimi salamlayaraq, Azərbaycandakı fəaliyyəti dövründə Gəncliyə Yardım Fondunun fəaliyyətlərinə dəstək olduğu üçün ona öz dərin təşəkkürünü bildirib. O, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə onu təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Səfir Erkan Özoral da səmimi görüşə görə təşəkkür edib və Gəncliyə Yardım Fondunun Azərbaycan və Türkiyə arasındakı qardaşlıq körpüsünün möhkəmlənməsindəki gələcək fəaliyyətlərində uğurlar azulayıb.