04.10.2018-ci il tarixində Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Bakının Nəsimi rayonunda əlilliyi olan Məmmədov Samir Zaur oğlunu ziyarət edib.
Ziyarət zamanı sağlamlıq imkanı məhdud olan Məmmədov Samir Zaur oğluna əlil arabası təqdim edilib. Təqdimetmə zamanı Gəncliyə Yardım Fondunun nümayəndələri iştirak edib. Ailəyə fondun xeyriyyə fəaliyyətləri haqqında qısa məlumat verilib.
Ailə üzvləri dəÂ öz növbəsində Gəncliyə Yardım Fondunun onlara gösstərdiyi diqqət və qayğıya görə minnətdarlıq bildirib.