Sosial Fəaliyyətlər İmkansız Ailələrin Uşaqları Sünnət Olundu

İmkansız Ailələrin Uşaqları Sünnət Olundu

5

27.08.2018-ci il tarixində Türkiyənin “Dost Eli” Dərnəyi və Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin təşkilatçılığı və Gəncliyə Yardım Fondunun dəstəyi ilə Azərbaycanda kütləvi sünnət mərasimi təşkil olunub. Həyata keçirilən proqram əsnasında Azərbaycanda məhdud imkanlarla yaşayan və maddi çətinliklər səbəbindən övladlarını sünnət etdirə bilməyən ailələrin uşaqları sünnət olunub.

Qeyd edək ki, Azərbaycanda təşkil olunan kütləvi sünnət mərasimində Saatlı, Sabirabad və Quba rayonlarından olan 700-dən çox  imkansız ailənin övladı sünnət olunub. Sünnət mərasimin sonunda sünnət olunan uşaqların hər birinə Gəncliyə Yardım Fondu tərəfindən müxtəlif hədiyyələr verilib.