YTB və Gəncliyə Yardım Fondunun “Hər Uşaq Bir Çinardır” layihəsi çərçivəsində nəşr edilən uşaq kitablarının təqdimat mərasimində iştirak etmək üçün Azərbaycanda səfərdə olan “Kaşif Çocuk” nəşriyyatının rəhbəri Emrullah Köker GYF-nin qonağı olub.
Ziyarət əsnasında qonaq Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb və Fondun fəaliyyətləri ilə yaxından tanış olub.
Gəncliyə Yardım Fondu qurulduğu gündən bu günə qədər həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Emrullah Köker də öz növbəsində fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.
Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim edilib və foto çəkilib.
Qeyd edək ki “Hər Uşaq Bir Çinardır” layihəsi çərçivəsində 11 adla müxtəlif uşaq kitabları ana dilinə tərcümə edilib və balaca oxuculara təqdim edilib.