“Türk Ocaqları”nın 100 illiyi ilə bağlı Azərbaycanda səfərdə olan Türkiyədən gəlmiş nümayəndə heyəti və Millət vəkili Qənirə Paşayeva Gəncliyə Yardım Fondunun qonağı olublar. Fondun fəaliyyəti ilə yaxından tanış olan qonaqlar bu uğurlu fəaliyyətlərə görə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə təşəkkürlərini bildiriblər. Qonaqların şərəfinə fondun konfrans zalında yemək süfrəsi açılıb.
Tədbirdə çıxış edən Millət vəkili Qənirə Paşayeva Gəncliyə Yardım Fondunun onun üçün doğma bir məkan olduğunu və gəncliyimizin milli ruhda yetişməsi üçün əvəz edilməz fəaliyyətlər göstərən bir təşkilat olduğunu vurğulamışdır. Qonaqlar adından çıxış edən Türk Ocaqları İstanbul Şöbəsinin sədri Dr. Cezmi Bayram bu isti münasibətə görə fond rəhbərliyinə və bütün Azərbaycan xalqına öz təşəkkürünü bildirmişdir. Tədbirdə iştirak edən tanınmış şair Məmməd Aslan milli ruhda yazılmış şeirlərini qonaqlarla bölüşmüşdür.
Görüşün sonunda qonaqlara xatirə hədiyyələri, o cümlədən Azərbaycan tarixi və həqiqətlərini özündə əks etdirən “Qarabağ: Suallar və Faktlar” kitabı hədiyyə edilmiş və qonaqlarla birlikdə xatirə şəkilləri çəkilmişdir.