Türkiyənin Ehtiyatda olan Hərbi Qulluqçular Təşkilatının sədri ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş və Türkiyə Müharibə Veteranları Təşkilatının sədri ehtiyatda olan polkovnik Məhmət Şükrü Tandoğanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) dəvəti ilə Türkiyə Əməkli Subaylar (Ehtiyatda olan Zabitlər) Dərnəyinin sədri Ərdoğan Karakuş və Türkiyə Müharib Qazilər Dərnəyinin rəhbəri, ehtiyatda olan polkovnik Məhmət Şükrü Tandoğanın rəhbərliyi ilə zabit və müharibə veteranları Gəncliyə Yardım Fondunu da ziyarət edib.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Azərbaycanla Türkiyənin qardaşlıq münasibətlərinə malik olduğunu, hər bir zaman bir-birlərinin yanında olduğunu, bütün beynəlxalq məsələlərdə bir-birlərinə dəstək verdiklərini xüsusi olaraq qeyd edib.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Azərbaycanın haqq işinə beynəlxalq aləmdə, qardaş Türkiyədə ictimaiyyətin və türk diasporunun dəstəyi önəmli olduğunu vurğulayıb.
Türkiyə Müharibə Veteranları Təşkilatının sədri ehtiyatda olan polkovnik Məhmət Şükrü Tandoğan da öz növbəsində bu səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Azərbaycan Türkiyə qardaşlığının hər daim var olacağını qeyd edib.
Türkiyə Ehtiyatda olan Zabitlər Təşkilatının sədri Ərdoğan Karakuş səmimi qarşılandıqları üçün Gəncliyə Yardım Fondu rəhbərliyinə öz minnətdarlığını bildirərək qeyd edib ki, hər zaman olduğu kimi, bu gün də türk xalqı Azərbaycanla həmrəydir və bütün problemlərin həllinə dəstək verməyə hazırdır.
Sonda qonaqlarla xatirə şəkli çəkilib və Gəncliyə Yardım Fondunun rəhbərliyi tərəfində qonaqlara hədiyyələr təqdim olunub.