18 mart tarixində Gəncliyə Yardım Fondu tərəfindən təşkil edilən ənənəvi iftar süfrəsində azərbaycanlı və türkiyəli tələbələr Çanaqqala şəhidlərini yad edib.
İftar süfrəsində Çanaqqala şəhidləri başqa olmaqla bütün şəhidlərin əziz xatirəsinə Qurani-kərimdən ayələr tilavət olunub.
Türkiyənin Azərbaycandakı səfirliyinin Dini İşlər üzrə Müşaviri İhsan Açık şəhidlik və Ramazan ayı haqqında çıxış edib.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tələbələrə öz tövsiyyətlərini verib və gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.