Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu və Səbail rayon Gənclər və İdman sektorunun müdiri Zamin Əhmədov Gəncliyə Yardım Fondunu ziyarət ediblər.
Gəncliyə Yardım Fondunun prezindenti Ahmet Tecim qonaqlara Fondun həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri haqqında geniş məlumat verib. Ahmet Tecim bildirib ki, Bakı şəhər Gənclər və İdman idarəsi ilə birgə əməkdaşılığımız uzun illərə söykənir və Azərbaycan gəncliyinin inkişafı istifaqətində bundan sonra da davamlı olaraq layihələr həyata keçirəcəkdir.
Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu da öz növbəsində Gəncliyə Yardım Fondunun fəaliyyətlərini yüksək qiymətləndirdiyini bildirib və Ahmet Tecimə “Göstərdiyi Xidmətlərə Görə Təşəkkürnamə” Təqdim Edib.