Sosial Fəaliyyətlər Məhəmməd Füzulinin 530 İlliyinə Həsr Edilmiş “Məhəmməd Füzulidə İrfan Analyışı” Adlı Tədbir...

Məhəmməd Füzulinin 530 İlliyinə Həsr Edilmiş “Məhəmməd Füzulidə İrfan Analyışı” Adlı Tədbir Keçirilib

63

Oktyabrın 11-də Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin yeni açılmış ikinci filialında Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi və Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin birgə təşkilatçılığı ilə Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş “Məhəmməd Füzulidə İrfan Analyışı” adlı tədbir keçirilib.

Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağçı, Türkiyə səfirliyinin müstəşarları, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri millət vəkili Fazil Mustafa, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı, Təhsil nazirinin müşaviri Simuzər Feyzullayeva, Gənclər və İdman nazirliyinin nümayəndələri, dövlət rəsmiləri, elm və incəsənət xadimləri, QHT rəhbərləri və fəxri qonaq qismində məşhur futbolçu Mesul Özil iştirak edib.

Torpaqlarımızın azadlığı uğrudan canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib. Bununla açıq elan edilən tədbirdə daha Dəyər Tv tərəfindən hazırlanmış “Məhəmməd Füzulidə İrfan Analyışı” adlı video çarx təqdim edilib.

Gəncliyə Yardım Fondunun prezindeti Ahmet Tecim çıxış edərək Nəsimi, Nizami Gəncəvi, Yunus Emre kimi şairlərlə zəngin könül coğrafiyamızda öz yerini alan Məhəmməd Füzuli xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Füzuli bir irfan şairidir, onun əsərləri 500 ildən çoxdur ki, insanların qəbinə toxunaraq ilahi eşqi daddırır və Füzuli qloballaşan çağımızda insan kimi qalmağımız üçün olduqca qiymətlidir, deyə Ahmet Tecim qeyd edib.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit çıxış edərək Türk dünyasının böyük şairi Məhəmməd Füzulinin yaradıcığına dəyər verən təşkilatçılarına təşəkkür edib. Cənab səfir qeyd edib ki, Füzulinin mənəvi dəyərləri, ülvi hislər və ilahi eşqi tərənnüm edən şeirləri bütün insanları birləşdirir.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri millət vəkili Fazil Mustafa çıxışında milli ədəbiyyatımızın böyüklüyünün və gənclərin milli-mənəvi dəyərlərimizə qiymət verməyinin bir daha şahidi olduğunu və tədbirin təşkilatçılarına öz təşəkkürünü bilidirib.

Sonra tədbir Türkiyə İbn Haldun Universitetinin Himayəçilər şurasının sədri Prof. Dr. İrfan Gündüzün mövzu ilə əlaqəli maraqlı məruzələri və yenə klassik türk musiqiçisi Endər Doğanın könülləri oxşayan konsert proqramı ilə davam edib.

Türkiyə Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağçı, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, millət vəkili Fazil Mustafa və təşkilat komitəsi ilə birlikdə qonağa hədiyyələr təqdim ediblər.