Sosial Fəaliyyətlər Türkiyəli Məşhur Futbolçu Mesut Özil BİGA Tələbələri İlə Görüşüb

Türkiyəli Məşhur Futbolçu Mesut Özil BİGA Tələbələri İlə Görüşüb

33

Bu gün Gəncliyə Yardım Fondu, Bakı İstedadlı Gənclər Akademiyası və “LightUp Training” platformasının birgə təşkilatçılığı ilə Fondun konfrans zalında “Gənclik və Dəyərlərimiz” adlı seminar keçirilib. Seminarda Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağçı, Türkiyə İbn Haldun Universitetinin Himayəçilər şurasının sədri Prof. Dr. İrfan Gündüz, klassik türk musiqiçisi Endər Doğan və türkiyəli məşhur futbolçu Mesut Özil Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasın tələbələri ilə görüşüb.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara tədbirdə iştirak etdikləri üçün öz minnətdarlığını bildirib. Gənclərin milli-mənəvi dəyərlərə əhəmiyyət verən, milli ruhda yaşayan şəxsləri özlərinə örnək almaları onların həyatına müsbət təsir edəcək və dolayısı ilə dövlətlərimizin, türk dünyasının bütün istiqamətlərdə böyüməsinə, günclənməsinə təsir edəcəkdir, deyə qeyd edib.

Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağçı sözlərinə tədbir təşkilatçılarına təşəkkür edərək başlayıb və Prof. Dr. İrfan Gündüz, Endər Doğan, Mesut Özil kimi insanların Azərbaycana səfər etmələrini günü gündən inkişaf edən hər iki dövlətin mədəni əlaqələrinin daha da artasına şərait yaratdığını bildirib.

Türkiyə İbn Haldun Universitetinin Himayəçilər şurasının sədri Prof. Dr. İrfan Gündüz dəyərlərinə sahib çıxan və onları qoruyan Azərbaycan gəncinin müvəffəq gələcəyə sahib olacağını bildirib.