Noyabrın 28-də Gəncliyə Yardım Fondunun idarə heyətinin nümayəndələri Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 41-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə iştirak edib. Tədbirdə dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Şimali Kiprin Dövlət himnləri səsləndirilib. Daha sonra Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer və Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev çıxış edib.