Türkiyənin mühacir yazıçısı, tərcüməçi və publisist əslən azərbaycanlı Orxan Aras və azərbaycanlı sosioloq Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, Beynəlxalq Türk Akademiyasının eksperti Prof. Dr. Əbülfəz Süleymanov Gəncliyə Yardım Fondunu ziyarət edib. Qonaqlar Fondun prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri ilə görüşüblər.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Fondun həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri, həmçinin iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edən layihələr haqqında geniş məlumat verib.
Almaniyada yaşayan yazıçı Orxan Aras fəaliyyətləri yüksək qiymətləndirib və Fondun gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Görüşün sonunda Orxan Arasa Gəncliyə Yardım Fondu tərəfindən xatirə hədiyyəsi təqdim edilib.

