BİGA-da İş Görüşməsi və İncəlikləri Adlı Seminar Keçirilib
Bu gün Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondun H.Z. Tağıyev adına konfrans zalında İnsan Resursıarı mütəxəsisi, təlimçi Samir Həmzəyevin təqdimatında “İş görüşməsi və incəlikləri” adlı seminar keçirilib. BİGA-nın koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti və qonaq haqqında geniş məlumat verib. Təlimçi Samir Həmzəyer iş görüşməsi zamanı diqqət edilməsi vacib olan nüanslar haqqında ətraflı məlumat verib....
FHN-in Türkiyədə Olan Çevik Xilasetmə Qüvvələrinin Bir Hissəsi Bakıya Qayıdıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına qoşulmuş Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin bir hissəsi Bakıya qayıdıb. Hava limanında onları qarşılama mərasimində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı və digər rəsmi şəxslər iştirak edib. Qeyd edək ki, Fövqəladə Hallar...
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi “Oyuncağımı Paylaşıram” Çağırışına Qoşulub
Qardaş Türkiyədə baş verən və əsrin fəlakəti olaraq adlandırılan zəlzələdə zərər görən ailələrin uşaqları üçün başladılan “Oyuncağımı Paylaşıram” çağırışına Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi də qoşulub. İdarə rəisi Raqif Abbasov və nümayəndələri oyuncaqların toplanma məntəqələrindən biri olan Gəncliyə Yardım Fondunda olublar. İdarə tərəfindən toplanan oyuncaqlar təslim edilib və Bakının fərqli rayonlarından da bu çağırışa qoşulmaq istəyən minlərlə...
Gəncliyə Yardım Fondunun Nümayəndələri Xocalı Abidəsini Ziyarət Edib
Gəncliyə Yardım Fondunun nümayəndələri Xocalı soyqırımı abidəsini ziyarət edib. Fondun rəhbər və işçi heyəti Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Doç. Dr. Cahit Bağcı ilə bu dəhşətli faciənin 31-ci ildönümündə günahsız qurbanların xatirəsini bir daha anıb, ruhlarına dualar oxuyublar. Qeyd edək ki, 26 fevral 1992-ci ildə erməni vəhşiliyi nəticəsində törədilən Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, onlardan 106...
GYF-də “Xocalı Soyqırımı”lə Əlaqədər Anım Tədbiri Keçirilib
26 fevral tarixində Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı və Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin iştirakı ilə Fondun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Xocalı Soyqırımının 31-ci il dönümü ilə əlaqədar “XX əsrin faciəsi: Xocalı Soyqırımı” adlı anım tədbiri keçirilib. Tədbir Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov çıxış edərək 1992-ci il fevral ayının 25-indən 26-sına...
“Xocalı Soyqırımı: Gənclər Və Gənclər Təşkilatlarının Faciənin Tanıdılmasında Rolu” Mövzusunda Konfrans Keçirilib
“Xocalı soyqırımı: Gənclər və gənclər təşkilatlarının faciənin tanıdılmasında rolu” mövzusunda baş tutan konfrans öz işinə Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb və NAYORA tərəfindən Qum sənəti ilə hazırlanmış videoçarx təqdim olunub. İlk olaraq Fransız-Azərbaycan Universitetinin icraçı direktoru Vazeh Əsgərov çıxış edərək Xocalı Faciəsi ilə bağlı keçirilən tədbiri yüksək qiymətləndirdiyini vurğulayıb. Daha sonra NAYORA-nın sədri Azər...
Əziz Mahmud Hüdayi Fondu Zəlzələ Bölgəsində Yaraları Sağaldır
Əziz Mahmud Hüdayi Fondu zəlzələ qurbanlarının yaralarının sağalması üçün təbii fəlakətin baş verdiyi bölgədə işlərini davam etdirir. Fonddan verilən məlumata görə, Kahramanmaraşda “əsrin fəlakəti” olaraq xarakterizə edilən iki böyük zəlzələdən sonra fəlakətdən zərər çəkənlərin ehtiyaclarını qarşılamaq üçün ilk gündən fəaliyyətə başlayıblar.Hüdayi Fondu 650 min öyün yemək, 30 TIR su, 59 TIR ərzaq, 28 TIR müxtəlif məhsullar, 18 TIR kömür, 16...
“Qardaş Köməyi” Platformasini Təmsil Edən Heyət Türkiyədəki Zəlzələ Bölgəsində Səfərdədir
Fevralın 20-dən etibarən bir çox iş adamı cəmiyyətləri və qeyri-hökümət təşkilatlarının birləşərək formalaşdırdığı “Qardaş Köməyi” Platformasını təmsil edən heyətin Qəhrəmanmaraş başda olmaqla zəlzələ bölgəsinə səfəri başlayıb. Səfərin ilk günü Qəhrəmanmaraş AFAD koordinasiya mərkəzində heyəti qardaş ölkənin daxili işlər naziri cənab Süleyman Soylu qəbul edib. Görüşdə cənab nazir zəlzələnin ilk saatlarından etibarən dövlət başçısı İlham Əliyev başda olmaqla Azərbaycanın heç bir...
Türkiyənin Azərbaycandakı Səfiri Cahit Bağcı “Qardaş Köməyi” Platformasının Yardım Toplama Məntəqəsini Ziyarət Edib
14 fevral 2023-cü il tarixində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı “Qardaş Köməyi” platformasını ziyarət edərək zərərçəkmişlərə olunan yardımlar ilə tanış olub. Cənab səfir Cahid Bağçı platformanın işini yüksək qiymətləndirib və təşəkkürünü ifadə edib. Qeyd edək ki, “Qardaş Köməyi” platforması fevralın 6-da Türkiyədə baş verən şiddətli zəlzələdən dəhral sonra Azərbaycan Sahibkarlar Konfederasiyası, Müstəqil Sənayeçi və İş Adamları...
“Qardaş Köməyi” Platforması Yardım Kampaniyasına Davam Edir
“Qardaş Köməyi” platformasının təşkilatçılığı ilə ölkəmizin müxtəlif bölgələrindən toplanan yardımlar toplama məntəqələrində könüllülər tərəfindən çeşidlənir və tırlara yüklənərək yola salınır. Zəlzələ zamanı zərərçəkmiş insanlar üçün AFAD və Türkiyə səfirliyinin rəsmi məlumatına əsasən qış çadırı, odeyal, generator, səyyar sanitar qovşağı, qızdırıcı, yatma kombinezonu, açıb yığılan yataq, çadır içi xalça tələb olunur. Qeyd edək ki, qardaş Türkiyədə baş vermiş şiddətli zəlzələdən dərhal sonra...