Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncliyə Yardım Fonduna Təşəkkür Məktubu Ünvanlayıb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov tərəfindən ünvanlanan məktubda Gəncliyə Yardım Fondunun karantin dövründə tənha və kimsəsiz ahıllara yardım məqsədi ilə həyata keçirdiyi xeyriyyə kampaniyasına görə fond rəhbərliyinə təşəkkür edilib. Məktubda eyni zamanda bu xeyriyyə işinin gənc nəslin humanist ruhda formalaşmasında nümunə olaraq göstəriləcəyi qeyd edilib. Qeyd edək ki, Gəncliyə Yardım Fondu özünün nizamnaməsinə uyğun olaraq yarandığı...

GYF Aziz Mahmud Hüdayi Vəqfi ilə Birlikdə 1000-dən Artıq Ailəyə Ramazan Sovqatı Paylayıb

Gəncliyə Yardım Fondu Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə mübarək Ramazan ayının başlaması və korona virusun səbəb olduğu karantin günlərində 65 yaşından yuxarı ehtiyac sahibi ailələrə qıda paketi yardımları etməyə davam edir.  Əvvəlcədən fonda müraciət edən ailələr müəyyən edildikdən sonra qida paketləri fondun əməkdaşları tərəfindən ehtiyac sahibi ailələrə yaşadıqları ünvanlarda təqdim edilib.  Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çətin günlərdə...

2000 Ehtiyac Sahibi Ailəyə Ərzaq Yardımı Paylanıb

Gəncliyə Yardım Fondu Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə baş tutan 2000 ehtiyac sahibi ailəyə yardım kampaniyasında yaxından iştirak edib.  Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Gəncliyə Yardım Fondu (GYF) ilə birlikdə dünyada yayılmış koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısınının alınması məqsədilə yaradılan karantin günlərində 2000 ehtiyac sahibi ailəyə qida yardımı və təmizlik...

Gəncliyə Yardım Fondu Ehtiyac Sahibi Yaşlı İnsanlara Yardım Edib

Gəncliyə Yardım Fondu “Biz Birlikdə Güclüyük” şüarı altında Bakı şəhərində yaşayan 65 yaşından yuxarı ehtiyac sahibi böyüklərimizə qida paketi və təmizlik ləvazimatları paylayıb. Dünyada yayılmış koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısınının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildikdən sonra bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan...

Gəncliyə Yardım Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna İanə Köçürüb

Gəncliyə Yardım Fondu (GYF) Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 min manat məbləğində vəsait köçürüb. Gəncliyə Yardım Fondu qlobal pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri sayaraq vətəndaşları, o cümlədən fondun bütün əməkdaşlarını...

GYF Onları Öz Ünvanlarında Sevindirdi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Yevlax Rayonunda yaşayan və əlilliyi olan Aybəniz Cəfərovanı və Qarabağ qazisi Tovuz Şəhər sakini Beybudov Telman Musa oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Fond əməkdaşaları hər iki ehtiyac sahibinə əvvəlcədən müraciətləri əsasında əlil arabaları təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar. Hər iki ailənin ‎dediyinə görə Fond tərəfindən onlara təqdim edilən əlil arabaları...

GYF Əməkdaşları Şəhid İbrahim Vəliyevin Ailəsini Ziyarət Edib

Bu gün Gəncliyə Yardım Fondunun əməkdaşları ermənistan silahlı qüvvələrinin fevralın 24-də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlunun ailəsini yaşadıqları Zərdab rayonunda ziyarət edib. Ziyarət əsnasında İbrahim Vəliyevin anası Rəfiqə xanım, atası Ələmşah bəy və nənəsi Gülöyşə xanımla görüşən fond nümayəndələri belə bir qəhrəman övlad böyüdüb, tərbiyə etdikləri üçün onlara təşəkkür edib və onlara hər zaman...

GYF Gənclərə Dəstək Olmağa Davam Edir

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Baki şəhəri Nizami Rayonunda yaşayan və serebral iflic olan  12 yaşlı Aslanlı Banuçiçək Samir qızını yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan Aslanlı Banuçiçək Samir qızına əlil  arabası  təqdim edilib. ‎Məlum olub ki, Banuçiçəyin bədən hərkətləri demək olar ki, tamamilə məhdud olduğuna görə əlil arabası olmadan bir yerə hərək etməyə çətinlik çəkir. Ailəsinin...

GYF-də Qafqaz Regionunda Beynəlxalq Münasibətlər Adlı Konfransı Keçirilib

Bu gün Gəncliyə ‎Yardım ‎Fondunun H.Z.Tağıyev adına konfrans zalında Xəzər Universitetinin müəllimi "Dərin Rusiya" kitabının müəllifi Dr. Telman Nüsrətoğlunun "Qafqaz Regionunda Beynəlxalq Münasibətlər" adlı konfransı keçirilib. Konfransda Gəncliyə Yardım Fondunun əməkdaşları və müxtəlif universitetlərin tələbələri iştirak edib.  Dr. Telman Nüsrətoğlu Rusiyanın tarixindən və günümüzdə baş verən siyasi proseslər haqqında çıxış edib. İştirakçıların sualları cavablandırılaraq konfransa yekun vurulub.

GYF Ehtiyac Sahiblərini Sevindirdi

Gəncliyə Yardım Fondu Bakı CP (Serebral İflic) Akademiyasının tələbinə uyğun olaraq  11 yaşlı serebral iflic Sultanlı Firuzə Şamxal qızı və serebral iflic 11 yaşlı Sadıxzadə Zəhra Sədail qızına əlil arabaları təqdim edib. Eyni zamanda fond əməkdaşları Ağdaş rayonunda yaşayan 1-ci qrup əlil , 20 yaşlı əlil Ceyhun Mahmudovu və Yevlax rayonunda yaşayan 66 yaşlı əlil Yusif Babayevi yaşadıqları ünvanda...