GYF-də Ehtiyac Sahibi Ailələrə Qurban Əti Paylandı

Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xususi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də fəaliyyətlərini davam etdirməktədir. Belə ki, Gəncliyə Yardım Fondu qurban kəsmək və paylamaq fəaliyyətinə 1994-cü ildən başlamışdır. Fond o zamandan etibarən də hər il qurban bayramında qurban kəsimlərini həyata keçirərək...

Türkiyə Dəyanət Vəqfinin Nümayəndələri GYF-ni Ziyarət Edib

Bu gün müqəddəs Qurban bayramı münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Dəyanət Vəqfinin  nümayəndəsi, sabiq Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din İşləri Müşaviri Dr. Sadık Eraslan, TDV icraçı direktorunun köməkçisi Sait Doğan və Türkiyə Dəyanət Vəqfinin  könüllüləri Ahmet Elmaca və Ayhan Gedikli Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri...

GYF nin fəaliyyətləri yüksək qiymətləndirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsində 26 iyul - Gənclər və İdman Nazirliyinin  yaranması gününə həsr olunmuş tədbir keçirilib. Mərasimdə idarə rəisi Raqif Abbasov əlamətdar günün tarixindən, gənclər və idman sahəsində əldə olunmuş nailiyyətlərdən danışıb. O, tədbirdə iştirak edən idman ictimaiyyəti nümayəndələrini nazir Azad Rəhimov adından təbrik edib, onlara işlərində daha böyük müvəffəqiyyətlər arzulayıb. Daha sonra müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim...

GYF Uşaqları Yenə Sevindirdi

Bu gün Gəncliyə Yardım Fondunda uşaq ədəbiyyatı yazarı Əziz Sultanovun uşaqlarla görüşü keçirilib. Yay düşərgəsində iştirak edən uşaqlarla görüşən yazıçı onlara maraqlı məlumatlar verib. Daha sonra uşaqlara “Hekayələrlə Hikmətlər” kitabı müəllif tərəfindən imzalanaraq hədiyyə edilib. Qeyd edək ki, yay düşərgəsində uşaqlara xarici dil və kompyuter kursları, əxlaq və dəyərlər dərsləri ilə yanaşı hər həftənin son günlərində tarixi abidələrə gəzinti proqramları...

GYF-nin Yay Kurslarında Maraqlı Proqramlar Davam Edir

Gəncliyə Yardım Fondunda orta məktəb şagirdləri üçün hər il yay aylarında təşkil edilən yay düşərgələri bir-birindən maraqlı hadislələrlə yadda qalır. Belə maraqlı hadisələrdən bir də bu gün yaşanıb. Yeni nəşr edilməsinə baxmayaraq oxucular tərəfindən böyük rəğbətlə qarşılanan Az-Öz Hekayələr kitabının müəllifi Eldar Kərimov yay düşərgəsinin uşaqları ilə görüşüb. Müəllif uşaqlarla söhbətində onların intellektual səviyyələrini yoxlamaq üçün maraqlı suallar ünvanlayıb...

Türk milləti olaraq birlikdə güclüyük – Bakıda 15 iyul hadisəsi anıldı

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türk İşbirliyi və Koordinasiya Agentliyi – TİKA, Türk Hava Yolları, Anadolu Xəbər Agentliyi və TRT-nin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Dram teatrında keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, iki ölkənin dövlət xadimləri, Milli Məclisinin deputatları, Gəncliyə Yardım Fondunun əməkdaşları və  KİV nümayəndələri iştirak ediblər.Tədbir üç il əvvəl iyulun 15-də FETÖ...

GYF-də Xeyriyyəçilik Ənənəsi Sərhəd Tanımır

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Qəbələ rayonu, Həmzəli kəndində yaşayan və əlillliyi olan 53 yaşlı Rəşidov İnqilab Vahid  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan 53 yaşlı Rəşidov İnqilab Vahid  oğluna  əlil  arabası  təqdim edilib. ‎Məlum olub ki, İnqilab bəyin bədən hərkətləri demək olar ki, tamamilə məhdud olduğuna görə əlil arabası olmadan bir yerə hərək etməyə...

GYF Balaca Muradı Muradına çatdırdı

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Sumqayıt şəhəri, 18-ci mikrorayonda yaşayan və əlillliyi olan 9 yaşlı Məmiyev Murad Mehman oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan 9 yaşlı Məmiyev Murad Mehman oğluna  əlil  arabası  təqdim edilib. ‎Məlum olub ki, Muradın bədən hərkətləri demək olar ki, tamamilə məhdud olduğuna görə əlil arabası olmadan bir yerə hərək etməyə çətinlik...

GYF İki Qardaşı Birlikdə Sevindirdi

Gəncliyə Yardım Fondunun dəstəyi ilə  Xaçmaz rayonu, Taqaroba kəndində yaşayan və anadan gəlmə əlillliyi olan iki qardaş 24 yaşlı Turayev Aydın Avaz oğlu və 26 yaşlı Turayev Əziz Avaz oğlu  yaşadığı ünvanda ziyarət edilib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan 24 yaşlı Turayev Aydın Avaz oğlu və 26 yaşlı Turayev Əziz Avaz oğluna ehtiyaclarına uyğun olaraq  əlil  arabaları  təqdim edilib....

GYF-Nümayəndələri Ümumdünya Qaçqınlar Günü ilə Bağlı Keçirilən Tədbirdə İştirak Edib

İyunun 20-də Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib. Beynəlxalq Muğam Mərkəzində təşkil edilən tədbirin iştirakçıları əvvəlcə qaçqınların və məcburi köçkünlərin həyatından bəhs edən fotosərgiyə baxıblar. Tədbiri açan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Quido Ambroso tədbirin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Hökumətinə və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. Sonra BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandinin videomüraciəti nümayiş...