“Uşaqlarda Xoşbəxtlik Anlayışı Adlı Seminar Keçirilib
29 iyun 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabidin Tağıyev adına konfras zalında Tərəqqi İnkişaf Mərkəzinin “Yay məktəbi” layihəsi çərçivəsində Dr. Eldar Kərimovun təqdimatında “Uşaqlarda Xoşbəxtlik Anlayışı" adlı seminar keçirilib. Seminar nəzəri və praktiki olmaqla iki hissədə keçirilib. Əvvəlcə Eldar Kərimov uşaqlara “xoşbəxtlik nədir” sualını ünvanlayıb və onlardan müxtəlif cavablar əldə edib. Daha sonra seminar uşaqların bu cavabları...
Vətənini, Özünü, Ailəni Düşün – Sağlam Yaşa Mövzusunda Seminar Keçirilib
24 iyun 2021-ci il tarixdə Dədə Qorqud parkında, açıq havada Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "26 iyun - Ümumdünya narkomaniyaya qarşı mübarizə günü" münasibəti ilə "Vətənini, özünü, ailəni düşün - Sağlam Yaşa" mövzusunda seminar keçirilib. Seminarda Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov,...
“Hər Şəhid Bir Çinardır” Adlı Yazı Müsabiqəsinin Mükafatlandırma Mərasimi Keçirilib
Qarabağ şəhidlərinin adını əbədiləşdirmək məqsədi ilə Bakı məktəbliləri arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyin təşkilatçılığı ilə həyata keçirilən “Hər Şəhid Bir Çinardır” adlı yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbir bütün şəhidlərin ruhu bir dəqiqəlik sükut ilə yad edilərək başlanılıb. Daha sonra Azərbaycan...
“Tariximizin Dahiləri” Kitabının Təqdimatı Keçirilib
Gəncliyə Yardım Fondu və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB) birgə təşkilatçılığı ilə “Təfəkkür Dünyamızın Ulduzları” layihəsi çərçivəsində hazırlanan “Tariximizin dahiləri” kitabının təqdimat proqramı keçirilib. Təqdimatda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB) rəhbəri Abdullah Eren, Türkiyə...
Əziz Mahmud Hüdayi Vəqfinin Səlahiyyətli Nümayəndəsi Şəhid Və Qazi Ailələrini Ziyarət Etdi
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və Türkiyə Əziz Mahmud Hüdayi Vəqfinin idarə heyətinin rəhbəri Abdurrahman Topbaş Vətən müharibəsi şəhidlərinin ailələrini və qaziləri ziyarət edib. Fond əməkdaşları və qonaqlar tərəfindən Şəki rayonun Turan qəsəbəsində şəhid Elməddin Mikayıloğlunun, Zaqatala rayonunda Mosul kəndində qazi Tural Əliyevin, Bərdə şəhərində şəhid Elçin Quliyev, Turqut Zeynalovun və Tərtər şəhərində yaşayan qazilərimizin ailələri, həmçinin Vətən müharibəsində...
“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının Təmsilçiləri Gəncəyə Səfər Ediblər
“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 103 illiyi münasibətilə “Qafqaz İslam Ordusunun dünəni, bu günü və sabahı” adlı tədbir keçirilib Tərxis Olunmuş Gənclərin Hərbiçiləri Maarifləndirmə Birliyinin sədri Emin Həsənli Xəzər Universitetinin müəllimi tarixçi alim Telman Nüsrətoğlu Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Hərbi Akademiyanın müəllimi, General-Leytenat Yaşar Aydəmirov Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü Səfər zamanı Koalisiya təmsilçiləri iyunun 3-də Gəncə...
“Qarabağ Zəfəri və Qarabağ Şəhidləri” Şeir Müsabiqəsi Qalibləri Mükafatlandırıldı
Azərbaycanda orta məktəblərin 9-11-ci sinif şagirdləri arasında keçirilən “Qarabağ Zəfəri və Qarabağ Şəhidləri” şeir müsabiqəsi qaliblərinə hədiyyələri təqdim edilib. TİKA-nın dəstəyi ilə keçirilən yarışmanın mükafatlandırma mərasiminə Türkiyə Respublikasının Azərbaycandakı səfiri Doç.Dr. Cahit Bağcı, Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Muxtar Məmmədov, Türkiyə Respublikasının Baş Prokuroru Bekir Şahin, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, media nümayəndələri...
Qardaşlığımız Əbədidir QHT Koalisiyasının üzvləri Türk Silahlı Qüvvələrinin Attaşesi ilə Görüşüb
"Qardaşlığımız Əbədidir" QHT Koalisiyasının üzvləri olaraq bu gün Türkiyə Səfirliyində Türk Silahlı Qüvvələrinin Attaşesi, tuğgeneral İsmail Hakkı Köseali ilə görüşdük. Koalisya üzvləri olaraq hərbi attaşeyə Türk Ordusunun Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə verdiyi dəstəyə, II Qarabağ müharibəsində Azərbaycanın haqq davasını müdafiə etdiyinə görə təşəkkür etdik. Görüşdə Koalisiya üzvü olan təşkilatların rəhbərləri - Tərxis Olunmuş Gənclərin Hərbiçiləri Maarifləndirmə Birliyinin sədri Emin Həsənli, Gəncliyə...
Əhməd Cavadin Xatirəsinə Həsr Edilən Şahmat Turnirinin Qalibləri Müəyyənləşib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli şair, publisist, tərcüməçi, professor Əhməd Cavadın doğum gününə həsr olunmuş onlayn şahmat turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Baş İdarənin rəisi Raqif Abbasov, Əhməd Cavadın nəticəsi Cavad Axundzadə, Gəncliyə Yardım Fondunun ictimaiyyətlə əlaqədar şöbəsinin müdiri Eldar Kərimov, “İDEA” Şahmat Klubunun direktoru, turnirin baş hakimi Fidan Talıbova və qalib şahmatçılar iştirak...
Hazır Mühasib 2 Layihəsi Uğurla Davam Edir
Gənclərin İnkişaf və Karyera Mərkəzi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gəncliyə Yardım Fondu və Məram Kursların birgə təşkilatçılığı ilə mühasib olmaq istəyən gənclər üçün “Hazır Mühaisb-2!” layihəsi uğurla davam edir. Təlimlər pandemiya ilə əlaqədar olaraq onlayn formada İATM-nin prezidenti Radil Fətullayev və müəllim heyəti tərəfindən həyata keçirilir. Qeyd edək ki, “Hazır Mühasib” layihəsi mühasibatlıq sahəsi üzrə gənclərin bilik və bacarıqlarının...














