GYF Ehtiyac Sahibi Ailələri Ramazan Sovqatı ilə Sevindirdi

Hər il olduğu kimi bu il də Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə Gəncliyə Yardım Fondu mübarək Ramazan ayının başlaması münasibəti ilə ehtiyac sahibi ailələrə qida paketi yardımları etməyə başlayıb.  Bu münasibətlə Fond əməkdaşları tərəfindən 1000 imkansız ailə üçün ərzaq paketi hazırlanıb və Ramazan ayı boyunca qida paketləri həmin ailələrə təqdim ediləcəkdir. Qeyd edək ki, 1000 ailəyə paylanması nəzərdə tutulan...

GYF Rəhbərliyi Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral ilə Görüşüb

16 aprel 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb. Ahmet Tecim səfir Erkan Özoralı səmimi salamlayaraq, Azərbaycandakı fəaliyyəti dövründə  Gəncliyə Yardım Fondunun fəaliyyətlərinə dəstək olduğu üçün ona öz dərin təşəkkürünü bildirib. O, eyni zamanda  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan və...

GYF-nin Dəstəyi ilə “Tariximizin Dahiləri” Kitabı Nəşr Olunub

“Tariximizin dahiləri” Gəncliyə Yardım Fondu və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB)  birgə təşkilatçılığı ilə “Təfəkkür Dünyamızın Ulduzları” layihəsi çərçivəsində “Tariximizin dahiləri” kitabı İpəkyolu nəşriyyatında nəşr olunub. “Tariximizin dahiləri” kitabı Azərbaycan və Türkiyə başda olmaqla türk-islam dünyasının tarixi şəxsiyyətlərinin həyat və fəaliyyətləri, həmçinin fikirlərindan bəhs edir. Bununla oxuyucular Əhməd Cavad, Hüseyn Cavid, Bəxtiyar...

GYF Rəhbərliyi Azərbaycan-Türkiyə Qardaşlıq Parkının Açılış Mərasimində İştirak Edib

Mayın 10-da Quba şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Azərbaycan-Türkiyə Qardaşlıq Parkı istifadəyə verilib. Mərasim iştirakçıları əvvəlcə Quba şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Parkın açılış mərasimində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və Fondun rəhbər nümayəndələri də iştirak edib. Mərasimdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Quba Rayon İcra Hakimiyyətinin...

İlham Əliyev Erkan Özoralın Fəaliyyətini Yüksək Dəyərləndirdi

“Fəaliyyət müddətində siz Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafı üçün çox böyük işlər görmüsünüz, səylər göstərmisiniz və bu gün bu əlaqələr ən yüksək zirvədədir”. Bunu Prezident İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edərkən deyib.  “Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi özünü təsdiq etdi və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək, əlbəttə, həmişə...

GYF-nin Dəstəyi ilə Kitab Oxuma Müsabiqələri Keçirilib

Gəncliyə Yardım Fondunun dəstəyi və “Light Up Training Platform”unun təşkilatçılığı ilə kitab oxuma müsabiqəsi keçirilib.  “Quran, Kainat və İnsan” kitabından keçirilən müsabiqəsinin ilk üç yerinin sahibinə qiymətli hədiyyələr, eyni zamanda ilk 50 yer tutan iştirakçıya kitab hədiyyələri təqdim olunub. Qeyd edək ki, sayca 5-ci olan kitab oxuma müsabiqəsindən əvvəl “Qarabağ” kitabından yarışma keçrilərək qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet TECİM...

Bakı Məktəbliləri Arasında “HƏR ŞƏHİD BİR ÇİNARDIR” Adlı Yazı Müsabiqəsi Elan Edilib

Qarabağ şəhidlərinin adını əbədiləşdirmək məqsədi ilə Bakı məktəbliləri arasında “Hər Şəhid Bir Çinardır” adlı yazı müsabiqəsinə start verilib.   Müsabiqə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondu, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi,  Dünya Gənc Türk Yazarlar Birliyi və Light Up Training Platformun  təşkilatçılığı ilə həyata keçirilir.   Müsabiqənin məqsədi gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək və “aprel döyüşlərin”dəki şəhidlərimiz...

GYF Nümayəndələri Milli Qəhrəman Mübariz İbrahimovun Ailələsini Ziyarət Edib

Gəncliyə Yardım Fondunun nümayəndələri Milli Qəhrəman Mübariz İbrahimovun ailələsini yaşadıqları ünvanda ziyarət edib. Ziyarət əsnasında Gəcliyə Yardım Fondunun şəhidlər üçün hazırladığı xatirə hədiyyələri atasına təqdim edilib. Fond nümayəndələri Milli Qəhrəmanın atası Ağakərim İbrahimov ilə söhbətləşib, ailənin hazırki vəziyyəti ilə yaxından tanış olublar. Ağakərim İbrahimov 44 günlük Vətən Müharibəsində qələbəyə və torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan oğlu Mübariz İbrahimovun qisasının alındığına...

GYF-də Şəhid Ailələri İlə İşləyən Qadınlarla Görüş Keçirildi

Gəncliyə Yardım Fondunda “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşəbbüsü ilə  şəhid ailələri ilə işləyən və özləri də şəhid ailəsi olan qadınlarla görüş keçirilib. 8 Mart Beynəlxalaq Qadınlar günü münasibəti ilə təşkil olunmuş görüşdə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli iştirak edərək Azərbaycan qadınlarının qeyrət və mətanətindən danışıb və qadınlarımızın 44 günlük Vətən Müharibəsindəki...

Adı Dastan Olan Şəhidimizin Ailəsi Ziyarət Edildi

Gəncliyə Yardım Fondunun nümayəndələri 44 günlük Vətən Müharibəsində xüsusi şücaətlə döyüşərək şəhid olan kəşfiyyatçı gizir Məmişli Sahil Ağaverdi oğlunun ailələsini yaşadıqları ünvanda ziyarət edib. Ziyarət əsnasında şəhidlərimiz üçün Qurani-Kərimdən ayələr oxunub, ailə üzvlərinə şəhidlərin yüksək mərtəbələri haqqında söhbətlər aparılıb. Qeyd edək ki, Gəncliyə Yardım Fondu 27 sentyabr 2020-ci il tarixndən başlayaraq 44 günlük Vətən Müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və  torpaqlarımızın...