GYF-də Azərbaycanda Tanınmış Biznes Konsultant, Peşəkar idarəçi Fəxri Ağayevlə Gənclərin Görüşü Oldu
08 aprel 2017-ci il tarixində Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin təşkilatçılığı, “Bakı İstedadlı Gənclər Akademiyası” layihəsi çərçivəsində gənclərimizin görüşünə Azərbaycanda tanınmış Biznes Konsultant, Peşəkar idarəçi Fəxri Ağayev gəldi. Tədbiri giriş sözü ilə açıq elan edən “Bakı Gənclik Akademiyası” kordinatoru Vəfadar Babayev Fəxri Ağayev haqqında tələbələrimizə, tələbələrimiz və ümumi “Bakı Gənclik Akademiyası” haqqında Fəxri bəyə məlumat verdi. Fəxri...
Bir Uşağında Xəyalı Gerçək Oldu
07.04.2017-ci il tarixində Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Bakının Qala kəndində əlilliyi olan Əliyev Tariyel Azad oğlunu ziyarət edib. Ziyarət zamanı sağlamlıq imkanı məhdud olan Əliyev Tariyel Azad oğluna əlil arabası təqdim edilib. Təqdimetmə zamanı Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev iştirak edib. Gəncliyə Yardım Fondunun xeyriyyə aksiyalarından danışaraq qısa məlumat verilib. Valideyinləri də öz növbəsində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi...
150 Ailəyə Ərzaq Yardımı Edildi
30 mart 2017-ci il tarixində Gəncliyə Yardım Fondu Zəngilan rayon İcra Hakimiyyəti ilə birlikdə “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş program həyata keçirib. Tədbirdə Zəngilan rayonu məcburi köçkün ailələri, şəhid ailələri, dövlət və QHT nümayəndələri iştirak edib. Tədbirin sonunda Türkiyənin xeyriyyəçi təşkilatı Aziz Mahmud Hüdayi vəqfinin dəstəyi ilə yüz əlli Zəngilan sakini məcburi köçkün və şəhid ailəsinə ərzaq bağlaması...
GYF Rəhbərliyi Cəbhə Bölgəsində Şəhid Ailələri İlə Görüşdü
20.03.2017-ci il tarixində Gəncliyə Yardım Fondu və Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin təşkilatçılığı ilə qardaş Türkiyənin media rəhbərləri, jurnalist təşkilatları rəhbərləri Tovuzun Ağdam kəndində səfərdə olub. Səfər zamanı bu kənddə böyüyüb-başa çatmış və şəhid olmuş Milli Qəhrəman Naiq Yusifovun ailəsi ziyarət edilib, valdeynləri ilə görüşüb keçirilib. Görüş zamanı Gəncliyə Yardım Fondunun nümayəndə heyəti də yaxından iştirak edib. Şəhidin...
GYF Rəhbərliyi İslam Həmrəyliyi – Zamanın Çağırışı Beynəlxalq Konfransında İştirak Edib
Martın 15-i Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda Rusiya, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Belarus, Ukraynanın tanınmış dövlət, elm və din xadimləri, Azərbaycandakı dini konfessiya rəhbərləri, hökumət, ictimaiyyət və parlament üzvləri, diplomatik korpusların nümayəndələrinin iştirakı ilə "İslam Həmrəyliyi - Zamanın çağırışı"...
GYF-da Tələbələr Arasında İntellektual Oyun Keçirilib
Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adna konfrans zalında 11.03.2017 tarixində fondun tələbələri arasında intellektual bilik yarışması keçrilib. Müsabiqədə ümumilikdə beş komanda iştirak edib və ilk üç yerin qalibləri müəyyənləşdirilib. Müsabiqə üç turdan ibarət olmaqla hər turda iyirmi sual səsləndirilib. Müsabiqə boyunca ümumilikdə altmış sual konadalara təqdim olunub. Müsabiqədə iştirakçılara dəstək olmaq üçün Gəncliyə Yardım Fondunun Təhsil şöbəsinin rəhbər...
“Şəhidlərimizin Övladları Bizə Əmanətdir” Adlı Xeyriyyə Sərgisinin Açılış Mərasimi Keçirilib
Bu gün Gəncliyə Yardım Fondunda Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XIV əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirilib. Ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlər bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı ilə tədbir açıq elan edilib. Sərginin açılış mərasimində Milli Məclisin deputatları, Türkiyə səfirliyinin müşavirləri,...
Doç. Dr. Mehmet Lütfi Arslan Gənclərlə Görüşdü
25.02.2017-ci il tarixində Gəncliyə Yardım Fondunda İstanbul Universitetinin müəllimi və Gənc jurnalının baş redaktoru Doç.Dr.Mehmet Lütfi Arslanla görüş keçirilib. Görüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və fəal gənclər iştirak edib. İlk olaraq Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonağı salamlayıb. Gənclərlə görüşü qəbul etdiyi üçün təşəkkürünü bildirib və bu görüşdən gənclərin öyrənəcəyi çox dəyərli fikirlərin olduğunu qeyd edib. Doç.Dr.Mehmet Lütfi Arslan...
Müharibə Uşaqların Gözü İlə
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə 23.02.2017-ci il tarixində Xocalı Soyqrırımının XXV il dönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Xocalı faciəsini əks etdirən foto sərgi təşkil edilib, Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün beynəlxalq təşkilatların e-mail ünvanlarına Xocalı faciəsini əks etdirən...
GYF-da Xocalı Sakinləri İlə Görüş Keçirilib
Bu gün Gəncliyə Yardım Fondu və Xocalı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Xocalı soyqırımının 25-ci il dönümünə həsr olunmuş şəhidlərimizi anma programı” keçirilib. Tədbirdə Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim, Xocalı Rayon İcra Hakiminin birinci müavini Vahid Əliyev, Prezident Administrasiyasının nümayəndəsi Rasim Mirzəyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin baş məsləhətçisi Cəlil Hacıyev,...