Azərbaycan və Türkiyəli həkimlər tərəfindən Tanzaniyada ehtiyacı olan insanlara tibbi yardım göstərilmişdir

Gəncliyə Yardım Fondu (GYF), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə Tanzaniyada müştərək Azərbaycan-Türkiyə İşbirliyi Proqramının (TATİP) icrasına başlanmışdır. TATİP proqramı TİKA, Azərbaycan Gəncliyə Yardım Fondu və dünyada səhiyyə layihələri ilə tanınan Türkiyənin “Beynəlxalq Yerüzü Doktorları” Humanitar Təşkilatının əməkdaşlığı çərçivəsində həyata keçirilir. Proqram çərçivəsində yüzə yaxın katarakta xəstəsini əməliyyat etmək və ehtiyacı olan yüzlərlə insanın göz müayinəsini aparmaq üçün Azərbaycan...

Azərbaycanlı xeyriyyəçilərin Afrikada nəcib hərəkəti…

“Bəzən 1 vedrə su üçün 10 km yol gedirik”   Azərbaycanlı xeyriyyəçilərin təşəbbüsü ilə quraq Afrika ölkəsi olan Tanzanyanın paytaxtı Darussalam şəhərinin Mbaqala bölgəsində su quyusu qazılaraq yerlilərin istifadəsinə verilib. ANS Fevralın 16-da açılan su quyusuna azərbaycanlı övliya, İslam alimi, mütəfəkkir Seyyid Yəhya Şirvaninin adı verilib. Su quyusunun açılış tədbirində Azərbaycandan Gəncliyə Yardım Fondu (GYF), Türkiyə Əməkdaşlıq və Kordinasiya Agentliyi (TİKA)...

Gəncliyə Yardım Fondu ARGTMŞ-nın Xüsusi Mükafatına Layiq Görüldü…

17.02.2014-cü il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 2013-cü ilin yekunları ilə bağlı hesabat konfransı keçirib.  Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkili Hadı Rəcəbli, gənclər təşkilatlarının üzvləri və digərləri iştirak ediblər. Tədbirdə çıxış edən ARGTMŞ-nın baş katibi Seymur Hüseynov...

GYF-də Rəsm Sərgisi Açıldı

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi xüsusi istedada malik gəncləri tanıtmaq məqsədilə yeni layihəyə start verib. Bu gün Gəncliyə Yardım Fondunun H.Z. Tağıyev adına konfrans zalında  saat 11:00-dan 17:00-dək “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi tərəfindən gənclər şöbəsinin təmsilçisi Elvin Süleymanovun “Ağ-Qara dünyam” adlı rəsm sərgisinin təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği...

Xocalıya həsr edilmiş “Varıq, olacağıq və artacağıq” adlı tamaşa səhnələşdirildi…

11.02.2014-cü il tarixində  Rəşid Behbudov adına Mahnı teatrında Turan tele-teatrının aktyorlarının səhnələşdirdiyi Xocalıya həsr edilmiş  “Varıq olacağıq və artacağıq” adlı tamaşa göstərilib. Xocalı Soyqrımını tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlunun təşkilatçılığı ilə keçirilən tədbirdə soyqırımın ağrılı məqamlarına toxunulub.  Tədbirə millət vəkilləri Elman Məmmədov, Qənirə Paşayeva,  Prezident Administrasiyasının ictimai və siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və...

Gəncliyə Yardım Fondunun Növbəti Uğuru…

11.02.2014-cü il tarixində Türkiyə Beynəlxalq Azərbaycan Mədəniyyət Dil Tarix Kültür Araşdırma Mərkəzinin başqanı Seyfettin Ayakyayın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncliyə Yardım Fondunun qonağı olub. "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin dəvətilə Bakıda səfərdə olan Türkiyə Beynəlxalq Azərbaycan Mədəniyyət Dil Tarix Kültür Araşdırma Mərkəzinin başqanı Seyfettin Ayakyayın rəhbərlik etdiyi nümayəndə heyəti fondun fəaliyyəti ilə yaxından tanış olublar. Fondun kollektivi ilə görüşən qonaqlara günü...

Gəncliyə Yardım Fondunun Nümayəndələri Şəhidlər Xiyabanını ziyarət etdi

20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Gəncliyə Yardım Fondunun nümayəndələri  Şəhidlər Xiyabanını ziyarət edib. 20 Yanvar hadisələrində dünyasını dəyişən şəhidlərin xatirəsi yad edilib, məzarları önünə gül dəstələri qoyulub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliam hadisəsinin üstündən 24 il keçir. Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin...

“Ağla, qərənfil, ağla” kitabı çapdan çıxmışdır

20 Yanvar faciəsinin 24-cü ildönümü ərəfəsində “Ağla, Qərənfil, ağla” kitabı çapdan çıxmışdır.AzərTAc xəbər verir ki, Gəncliyə Yardım Fondunun maliyyə dəstəyi ilə “İpəkyolu” nəşriyyatında çap olunun kitabda Əməkdar Mədəniyyət İşçisi, şair Məmməd Aslanın xalqımıza qarşı törədilmiş dəhşətli 20 Yanvar faciəsinə həsr etdiyi “Ağla, qərənfil, ağla” şeiri yer almışdır.Kitabın müəllifi Məmməd Aslan, redaktoru Gəncliyə Yardım Fondunun mətbuat şöbəsinin müdiri Eldar Kərimov,...

“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir”

  “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı. Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.       Gəncliyə Yardım Fondunun...

Dil Kurslarımızı Müvəffəqiyyətlə Bitirənlərə Sertifikatlar Verildi

Bu gün Gəncliyə Yardım Fondunun konfrans zalında fondun nəzdində təşkil olunmuş növbəti kompyuter, ingilis dili, rus dili və ebru kurslarını müvəffəqiyyətlə bitirmiş müdavimlərə sertifikatların təqdim olunması mərasimi keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edildi. Mərasimdə giriş sözü ilə çıxış edən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev tədbirdə iştirak edən bütün qonaqları salamladı və müəllim əməyinin  əhəmiyyətinin qiymətsiz olduğunu...