Mətbuatda Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin Üzvləri GYF-nin Qonağı Olub

Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin Üzvləri GYF-nin Qonağı Olub

38

Türkiyə Maarif Vəqfinin idarə heyətinin üzvləri Mustafa Çaltılı, Ahmet Türkben, Nedim Kaya Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Türkiyə Maarif Vəqfinin nümayəndələri də öz növbələrində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonaqlara ‎hədiyyə təqdim edilib və xatirə fotoları çəkilib.‎