Bu gün Azərbaycanda rəsmi səfərdə olan dünyanın bir çox ölkəsində fəaliyyət göstərən COJEP Təşkilatının rəhbəri Ali Gedikoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Gəncliyə Yardım Fondunun qonağı olub.
Qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun həyata keçirdiyi sosial, humanitar və xeyriyyə faəliyyətləri haqqında geniş məlumat verib. Cənab Ahmet Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Qonaqlar da öz növbələrində fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.
Görüşün sonunda qonaqlara xatirə hədiyyəsi təqdim edilib və xatirə fotoları çəkilib.