Mətbuatda NAYORA-da Qeyri-Formal Təhsilin Gənclərin İnkişafında Əhəmiyyəti Mövzusu Müzakirə Edilib

NAYORA-da Qeyri-Formal Təhsilin Gənclərin İnkişafında Əhəmiyyəti Mövzusu Müzakirə Edilib

23

20 aprel 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşı Qoşqar Abbasov NAYORA-nın təşkilatçılığı ilə Gənclər Təşkilatlarının Resurs Mərkəzində gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə baş tutan “Qeyri-formal təhsilin gənclərin inkişafında əhəmiyyəti, müasir təhsildə yeni yanaşmalar və çağırışlar” mövzusunda müzakirə xarakterli görüşdə iştirak edib.

Görüşdə spiker qismində Azərbaycan Respublikası Milli Məclisinin deputatları Tamam Cəfərova, Musa Qasımlı və Təhsil nazirliyinin müşaviri Nicat Məmmədli iştirak edib.

Görüş çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb,  həmçinin təkliflər dinlənilib. Sonda isə iştirakçılar tərəfindən ünvanlanan sualları spikerlər cavablandırıblar.