Gənclər Təşkilatları Milli Şurasının 20 illik yubileyi qeyd olunub
Noyabrın 25-də Azərbaycanın ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təsis edilməsinin 20-ci ildönümü münasibətilə qurumun XIII qurultayı keçirilib. Tədbir çərçivəsində gənclər təşkilatlarının ikinci milli konqresi də təşkil olunub. Qurultayda dövlət və hökumət rəsmiləri, o cümlədən gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Milli...
Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihə davam edir
Bu gün Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına Konfrans zalında Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AGF) dəstəyi ilə gerçəkləşdirdiyi “Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihə çərçivəsində 3 gün ərzində silsilə tədbirlərin davamı olaraq “Ədəbiyyat, Musiqi, Təsviri sənət: Gəncliyin peşəkarlıq arayışı” adlı “Dəyirmi Masa” keçirilib. Dəyirmi Masada bir çox ziyalılar və yaradıcı...
“Mənim bayrağım” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu tərəfindən “9 noyabr – Dövlət Bayrağı günü” münasibətilə konfrans və Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Mənim bayrağım”mövzusunda keçirilən inşa-yazı və şeir müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Gəncliyə Yardım Fondu fondununu Hacı Zeynalabidin Tağıyev adına konfrans zalında təşkil olunan tədbirdə Bakı şəhər Gənclər və İdman...
“Bakı Gənclik Akademiyası” Öz İşinə Başladı
17.10.2015-ci il tarixində Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin təşkilatçılığı, TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə “Bakı Gənclik Akademiyası” layihəsinə strat verilib. Tədbiri giriş sözü ilə açıq elan edən Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının sədri Ahmet Tecim Azərbaycan gəncliyinə yönəlmiş dövlət qayğısından və fondun gənclər sahəsində gördüyü işlərdən, dövlətimizin uğurlu gələcəyi üçün gənclərin qarşısında duran prioritet vəzifələrdən...
GYF Təmas Xəttində Yaşayan 2000 Ailəyə Bayram Sevinci Yaşatdı
Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərini davam etdirməkdədir. Gəncliyə Yardım Fondunun kəsdiyi qurbanların böyük bir hissəsi (təxminən yarısından çoxu) bir başa qaçqın şəhərciklərinə, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və daha çox ehtiyac...
GENAR Başqanı Gəncliyə Yardım Fondunun Qonağı Oldu
23.09.2015-ci il tarixində Azərbaycanda səfərdə olan Türkiyə Cumhuriyyəti GENAR Araşdırma Mərkəzinin Başqanı İhsan Aktaş və rəhbərliyindəki heyət Gəncliyə Yardım Fondunun qonağı olub. Fondun kollektivi ilə görüşən qonaqlara, günü gündən inkişaf edən Azərbaycan haqqında geniş məlumat verilib. Çay süfrəsi ərtafında davam edən görüşdə Fondun həyata keçirdiyi fəaliyyətləri özündə əks etdirən video-rolik nümayiş etdirilib. Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının Sədri Ahmet Tecim qonaqlara...
Şair Məmməd Aslanla Vida Mərasimi Keçirildi
Azərbaycan şairi, əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Aslan bu gün dünyasını dəyişib.. Qeyd edək ki, Məmməd Aslan uzun müddət ağciyər xəstəliyindən əziyyət çəkib. Mərhumla vida mərasimi sentyabrın 23-də saat 11-12 radələrində "Göy Məscid"də keçirilib. Dəfn mərasimində şairin doğmaları, qələm dostları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində...
Türkiyədən Gələn Naşir Heyəti GYF-nin Qonağı Oldu
19.09.2015-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyə Cumhuriyyəti Basım Yayın Meslek Birliğinin Başqanı Alpaslan Durmuş və rəhbərliyindəki heyət Gəncliyə Yardım Fondunun qonağı olub. Fondun kollektivi ilə görüşən qonaqlara, günü gündən inkişaf edən Azərbaycan haqqında geniş məlumat verilib. Çay süfrəsi ərtafında davam edən görüşdə...
Bilik Günündə Şagirdlər Sevindi
Gəncliyə Yardım Fondu Bilik Günü münasibəti ilə şagirdləri sevindirdi. Bu gün Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev başda olmaqla fondun bir neçə əməkdaşı Bilik günü münasibəti ilə şagirdlərlə görüş keçiriblər. 15 sentyabr Bilik Günü münasibəti ilə Abşeron Rayonu Aşağı Güzdək Qəsəbəsi S. Əzizov adına tam orta məktəbin kollektivi ilə görüşən fond əməkdaşları şagirdlərə yeni təhsil ilində uğurlar arzulayıblar. Eyni zamanda...
GYF “Müasir İnkişaf” İctimai Birliyini Təbrik Etdi
Bu gün “Müasir İnkişaf” İctimai Birliyi AMEA İnsan Hüquqları İnstitutunun dəstəyi ilə 10 illik fəaliyyətinin yekunu olaraq Hesabat-konfrans keçirib. AMEA İnsan Hüquqları İnstitutunun akt zalında keçirilən konfransda Birliyin İdarə Heyətinin sədri Mübariz Göyüşlü ötən müddət ərzində görülmüş işlərlə bağlı Hesabatla çıxış edib. Tədbirdə bu müddət ərzində birgə əməkdaşlıq etdikləri qurumların təmsilçiləri, ziyalılar və s. görülmüş işlərə münasibətlərini bildiriblər. Eyni...














