“Ağla, qərənfil, ağla” kitabı çapdan çıxmışdır
20 Yanvar faciəsinin 24-cü ildönümü ərəfəsində “Ağla, Qərənfil, ağla” kitabı çapdan çıxmışdır.AzərTAc xəbər verir ki, Gəncliyə Yardım Fondunun maliyyə dəstəyi ilə “İpəkyolu” nəşriyyatında çap olunun kitabda Əməkdar Mədəniyyət İşçisi, şair Məmməd Aslanın xalqımıza qarşı törədilmiş dəhşətli 20 Yanvar faciəsinə həsr etdiyi “Ağla, qərənfil, ağla” şeiri yer almışdır.Kitabın müəllifi Məmməd Aslan, redaktoru Gəncliyə Yardım Fondunun mətbuat şöbəsinin müdiri Eldar Kərimov,...
“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir”
“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı. Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Gəncliyə Yardım Fondunun...
Dil Kurslarımızı Müvəffəqiyyətlə Bitirənlərə Sertifikatlar Verildi
Bu gün Gəncliyə Yardım Fondunun konfrans zalında fondun nəzdində təşkil olunmuş növbəti kompyuter, ingilis dili, rus dili və ebru kurslarını müvəffəqiyyətlə bitirmiş müdavimlərə sertifikatların təqdim olunması mərasimi keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edildi. Mərasimdə giriş sözü ilə çıxış edən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev tədbirdə iştirak edən bütün qonaqları salamladı və müəllim əməyinin əhəmiyyətinin qiymətsiz olduğunu...
Prezident İlham Əliyevin doğum günüdür
Dövlət başçısı İlham Əliyevin 52 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ. Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib. 1985-ci ildə dissertasiya müdafiə edən İ. Əliyev tarix elmləri...
“Azərbaycandan Anadoluya irfan yolu” mövzusunda beynəlxalq konfrans Şəki və Zaqatalada da öz işini davam etdirmişdir
Xəbər verdiyimiz kimi, dekabrın 20-də Bakıda “Mövlana Cəlaləddin Rumi və Seyid Yəhya Şirvani perspektivində Azərbaycandan Anadoluya irfan yolu” mövzusunda beynəlxalq konfrans öz işinə başlamışdır. Gəncliyə Yardım Fondu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Yunus İmrə Türk Kültür Mərkəzi və digər qurumların birgə təşkilatçılığı ilə keçirilən konfrans Mövlana Cəlaləddin Ruminin vəfatının 740-cı ildönümü və Seyid Yəhya Şirvaninin (Bakuvi) 550 illik yubileyinə...
“Mövlana Cəlaləddin Rumi və Seyyid Yəhya Şirvani perspektivində Azərbaycandan Anadoluya irfan yolu” adlı konfrans keçirilib
Bu gün Bakı Dövlət Universitetində Gəncliyə Yardım Fondunun da təşkilatçılarından olduğu Həzrəti Mövlananın 740-cı ildönümü və Seyyid Yəhya Şirvaninin 550 illik yubileyi münasibətilə “Mövlana Cəlaləddin Rumi və Seyyid Yəhya Şirvani Perspektivində Azərbaycandan – Anadoluya İrfan Yolu” adlı konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb, tədbirin əhəmiyyətindən danışıb və işini yüksək qiymətləndirib. Rektor Mövlana Cəlaləddin Rumi...
GYF “Beynəlxalq Əlillər Günü” münasibətilə 50 Əlil Ailəsini Sevindirdi
Bu gün “Beynəlxalq Əlillər Günü” münasibətilə Gəncliyə Yardım Fondu “Tükənməyən Ümidlər” adlı xeyriyyə aksiyası keçirib. Bir insanı sevindirməyin nə qədər dəyərli bir əməl olduğunu hər birimiz çox yaxşı bilirik. Hələ sevindirdiyimiz insanın fiziki qüsurlu olması, özünü kifayət qədər istədiyi kimi idarə edə bilməməsi və onun digər insanlardan daha çox qayğıya ehtiyacı olması işin əhəmiyyətinin daha da böyüklüyündən xəbər verir. İnsanları sevmək,...
TRT Bakı Təmsilçisi GYF-ni Ziyarət Etdi
Artıq iki ildir ki, Azərbaycanda fəaliyyət göstərən və bu günlərdə fəaliyyət müddəti başa çatan TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcan bu gün Gəncliyə Yardım Fondunun qonağı olub. Fond rəhbərliyi ilə görüşən Y. Dəyərcan Azərbaycanda görülən işlərdən və bu fəaliyyətlərin hər iki dövlət üçün əhəmiyyətindən danışıb. Y. Dəyərcan eyni zamanda Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun əbədi olduğunu vurğulayıb: “Hansı vəzifədə olmağımdan asılı...
Xəmsə İntellektual oyununun zona mərhələsi keçirildi
Bu gün Azərbaycan Respublikası "Gəncliyə Yardım Fondu" nda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına uyğun olaraq "Xəmsə" İntellektual oyununun zona mərhələsi keçirildi. Bakı şəhərinin 11 rayonunun 15 komandası bilik və bacarığını nümayiş etdirdi. Nizami rayonundakı "Zəngi" liseyinin eyni adlı komandası 1-yeri, Yasamal rayonunun "Xəzər "komandası 2-ci yeri, Səbail rayonunun "5+1"komandası 3-cü yeri, Xətai rayonunun "Proqress" komandası...
Bakıda Seyid Yəhya Bakuviyə həsr olunan beynəlxalq simpozium keçirilib
Bu gün Bakıda “Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik” mövzusunda Beynəlxalq Simpozium öz işinə başlayıb. SİA-nın məlumatına görə, simpozium Şamaxı Cümə məscidi haqqında çəkilən "Əbədi işığın abidəsi" filminin nümayişi ilə başlayıb. Rəsmi açılış mərasimində çıxış edən Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü UNESCO tərəfindən elan edilən Seyid Yəhya Bakuvi (Şirvani) ili çərçivəsində...