GYF-də “Miqrasiya Könüllüsü” İB Tərəfindən Təlimlər Keçirilib

1-4 avqust 2022-ci il tarixlərində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilatçılığı ilə “Profitable Month 2” layihəsi çərçivəsində Beynəlxalq Münasibətlər üzrə mütəxəsis Hümmət Əliyevin  təqdimatında “Antikorrupsiya, etik davranış qaydaları və İSO 37001” və təlimçi Natiq Qocayevin təqdimatında “Liderlik” mövzusunda təlimlər keçirilib. Təlimlərdə Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr iştirak edib. İnteraktiv şəkildə keçirilən...

Dünya Etnospor Konfederasyonu Təcrübə Mərkəzinin Müdiri Gəncliyə Yardım Fondunun Qonağı Olub

1 avqust 2022-ci il tarixində Hacıkənd Xan Yaylağı II Milli Yaylaq Festivalında iştirak edən Dünya Etnospor Konfederasyonu Təcrübə Mərkəzinin müdiri Furkan Gökgöz bəy Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında Furkan Gökgöz Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyəti ilə görüşüb. Səmimi çay ‎süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonağa Fondun xeyriyyə fəaliyyətləri...

GYF-də Tərəqqi İnkişaf Mərkəzinin Tələbələri Üçün Məzun Günü Keçirildi

28 İyul 2022-ci ildə Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Fondun nəzdində fəaliyyət göstərən Tərəqqi İnkişaf Mərkəzinin “Yay məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Türkiyə Cümhuriyyəti Əziz Mahmud Hüdayi Vəqfinin nümayəndəsi Lokman Helvacı, Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək  İctimai Birliyinin sədri Elçin Manafov, Türk Dövlətlər ilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov, Gəncliyə...

GYF-də Şəhid Teymur Rəsulovun Kitabının Təqdimat Mərasimi Keçirilib

Gəncliyə Yardım Fondunda oxucuların Teymur Turan kimi tanıdığı, şəhid Teymur Yavuz oğlu Rəsulovun kitabı işıq üzü görüb. Teymur Rəsulov 1988-ci il may ayının 23-də Bakı şəhərində dünyaya göz açıb. 2005-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Energetika” fakültəsinə qəbul olur. Ali təhsil aldıqdan sonra Vətənə borcunu ödəmək üçün hərbi xidmətə yollanır. O, 2009-2010-cu illərdə Milli...

Mübariz Olmaq və Savannaya Qayıdış Kitablarının Müəllifləri Uşaqlar ilə Görüşdü

21 İyul 2022-ci ildə Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Fondun nəzdində fəaliyyət göstərən Tərəqqi İnkişaf Mərkəzinin Yay düşərgəsində iştirak edən uşaqlara Əziz Sultanovun “Mübariz Olmaq” və Elmir Hüseynoğlunun “Savannaya Qayıdış” adlı kitabların təqdimat mərasimi keçirilib. Tədbirdə əvvəlcə hər iki kitabın müəllifi öz həyat hekayələri haqqında uşaqlara məlumat veriblər. Daha sonra isə bu kitabları yazma məqsədlərindən bəhs ediblər. Əziz Sultanovun qələmə aldığı...

Rayonlarda “Hər Uşaq Bir Çinardır!” Layihəsi Təqdim Edildi

19-20 iyul 2022-ci il tarixində İsmayıllı Tələbə Evinin, Şəki İslam Kollecinin və Əliabad İslam Kollecininin Yay Düşərgələrində Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizim Nazirliyi, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi və Gəncliyə Yardım Fondunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması və iki ölkə arasındakı mədəni əlaqələrin əsasını təşkil edən milli-mənəvi dəyərlərin gənc...

Şəhidlərin Xatirəsinə Həsr Edilmiş Tennis Turninirin Final Mərhələsi Keçirilib

Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə 19 iyul tarixində Fondun nəzdində fəaliyyət göstərən Tərəqqi İnkişaf Mərkəzinin Yay düşərgəsində “Şəhid Elgün Quliyev və Şəhid Oğuzhan Küçük” ün xatirəsinə həsr edilmiş tennis turnirinin final və mükafatlandırılma mərhələsi keçirilib. Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı ilə tədbir...

“Dəmir Yumruq”la Zəfərə Doğru Adlı Kitabın Təqdimatı Keçirildi

14 iyul 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşı Qoşqar Abbasov 44 günlük Vətən müharibəsi zamanı şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Harun Alqayevin anım günü və onun ömür yolundan bəhs edən “Dəmir Yumruq”la Zəfərə Doğru adlı kitabın təqdimatında iştirak edib. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə şəhidin ailəsi, dostları,...

GYF Qurban Bayramında Şəhid və Qazi Ailələrini Unutmadı

Gəncliyə Yardım Fondu fəaliyyətə başladığı gündən milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Hər il olduğu kimi bu il də fond tərəfindən kəsilmiş qurban payları şəhid və qazi ailələri başda olmaqla ehtiyac sahibi ailələrə çatdırılıb. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərini davam etdirməktədir. Belə ki, Gəncliyə...

GYF-də “Hər Uşaq Bir Çinardır” Layihəsi Çərçivəsində Uşaqlarla Görüş Keçirilib

8 iyul 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizim Nazirliyi, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi (YTB) və Gəncliyə Yardım Fondunun (GYF) birgə əməkdaşlığı çərçivəsində Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması və iki ölkə arasındakı mədəni əlaqələrin əsasını təşkil edən milli-mənəvi dəyərlərin gənc nəsillərə...