“20 Yanvar – Hüzn Və Milli Qürur Günümüz” Adlı Onlayn Konfrans Keçirilib

Hüzn və Milli Qürur Günümüz Bu gün Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə 20 yanvar faciəsinin 31-ci ildönümünə həsr edilmiş “20 yanvar – Hüzn və Milli Qürur Günümüz” adlı onlayn konfrans keçirilib. Tədbirdə Gəncliyə Yardım Fondunun əməkdaşları və əlaqədar təşkilatların rəhbərləri iştirak edib. Şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş vebinar vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir anlıq sükutla yad edilməsi...

GYF Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib

20 yanvar faciəsi Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər. Daha sonra fond nümayəndələri Türk şəhidlərinin xatirəsinə ucaldılmış xatirə kompleksini də ziyarət edib. Qeyd edək ki Fond, qurulduğu gündən bu günə qədər mütəmadi olaraq vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhid və qazilərimizin ailələrini ziyarət edir və...

Həmrəylik Günü ilə Əlaqədar Şəhid Ailələri və Uşaq Evləri Ziyarət Edildi

Gəncliyə Yardım Fondu 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəlik Günü münsaibəti ilə  II Qarabağ müharibəsində şəhid və qazi olan qəhrəman övladlarımızn ailələrini ziyarət edib. Gəncliyə Yardım Fondunun təşəbbüsü ilə Türkiyə Cümhuriyyətinin Aziz Mahmud Hüdayi Vəqfinin şəhid və qazi ailələrindəki azyaşlı uşaqlar üçün gördərdiyi sovqatlar ziyarət əsnasında ailələrə təqdim edilib. Fondun nümayəndələri eyni zamanda Mingəçevir, Gəncə, Tərtər və Bərdə rayonlarında fəaliyyət göstərən ...

GYF Şəhid Övladının Ehtiyacını Qarşıladı

Gəncliyə Yardım Fondunun nümayəndələri Vətən Müharibəsində xüsusi şücaətlə döyüşərək şəhid olan Məmmədov İbrahim Nadir oğlunun ailəsini ziyarət edib.  Hal-hazırda Goranboy rayonu Rəhimli kəndində yaşayan ailənin övladı Məmmədzadə Əli İbrahim serebral iflic xəstəliyindən əziyyət çəkdiyi üçün Fond tərəfindən əlil arabası ilə təmin olunub. Qeyd edək ki, Gəncliyə Yardım Fondu 27 sentyabr 2020-ci il tarixndən başlayaraq 44 günlük Vətən Müharibəsində düşmənə qarşı şücaətlə...

Vətən Müharibəsi Qazisi Evində Ziyarət Edildi

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti II Qarabağ müharibəsi qazisi Ələkbərli Qurban Nərman oğlunu hazırda yaşadığı ünvanda ziyarət edib.‎ Qeyd edək ki, Qurban Ələkbərli Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək qəlpə yarası alıb. Qazimizin ailəsinin ehtiyacları nəzərə alınaraq Fond tərəfindən ailəyə qida paketi yardımı təqdim edilib. Qeyd edək ki, Gəncliyə Yardım Fondu 27 sentyabr 2020-ci il tarixndən başlayaraq 44 günlük Vətən...

Göyçayda Şəhid Ailələri Ziyarət Edilib

Gəncliyə Yardım Fondunun nümyəndələri Göyçaydan olan şəhidlərimizin ailələrini ziyarət edib.  Şəhid yaxınları ilə görüşən Fond nümayəndələri vətənimizin azdalığı uğrunda canlarından keçən vətən övladlarına hər birimizin borclu olduğunu qeyd ediblər. Qürur yerimiz olan hər bir şəhidimizin adına hazırlanmış içərisində Müqəddəs Qurani-Kərim ilə birlikdə Azərbaycan və Türkiyə Bayraqları olan xatirə qutusu şəhid yaxınlarına təqdim edilib. Qeyd edək ki, Gəncliyə Yardım Fondu 27 sentyabr...

GYF Şəhid Ailələrini Ziyarət Etməyə Davam Edir

Gəncliyə Yardım Fondu Vətən Müaribəsində iştirak edən və torpaqlarımızın işğaldan azad edilməsi yolunda şirin canlarından keçən şəhidlərimizin ailələrini ziyarət edir. Bu ziyarətlər əsnasında şəhid ailələri ilə söhbətlər aparılır, hər bir şəhidimizin adına hazırlanmış içərisində Müqəddəs Qurani-Kərim ilə birlikdə Azərbaycan və Türkiyə Bayraqları olan xatirə qutusu, maddi yardım və qida paketləri təqdim edilir. İlkin mərhələdə Zaqatala, Qax, Balakən, Saatlı, Sabirabad, Kürdəmir...

GYF Əsgərlərimizi və Müharibədən Zərər Çəkən Ailələri Unutmadı

Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyəti Əziz Mahmud Hüdayi Vəqfi tərəfindən ön cəbhədə xidmət edən əsgərlərimizə və müharibədən zərər çəkən ailələrə yardımlar göndərilib. Əsasən isti alt paltarları, corab və qalın papaqlardan ibarət olan və beş min əsgər üçün nəzərdə tutulan yardım bağlamaları aidiyyatı üzrə təhvil verilib. Müharibədən zərər çəkən ailələr üçün nəzərdə tutulan qida yardım paketləri isə Gəncliyə Yardım...

Gəncliyə Yardım Fondu Şəhid Ailələrinə Yardımlara Başladı

Gəncliyə Yardım Fondu 27 sentyabr 2020-ci il tarixndən başlayaraq 44 günlük Vətən Müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və  torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid əsgərlərimizin  ailələrinə humanitar yardıma başlayıb. Hazırlanan ərzaq bağlamları Fondun nümayəndələri tərəfindən şəhid ailələri ziyarət edilərək onlara öz ünvanlarında təqdim ediləcək. Qeyd edək ki, Gəncliyə Yardım Fondu 44 günlük Vətən Müharibəsi...

Dəyərli Könül İnsanımızı İtirdik

Uzun illər Gəncliyə Yardım Fondunun təhsil koordinatoru vəzifəsində çalışıb öz dərin elmi biliyi və mənəvi dünyasının zənginliyi ilə Azərbaycanda milli-mənəvi dəyərlərinə bağlı gənclərin yetişdirilməsində yaxından əməyi olan dəyərli böyüyümüz, könül insanı Ali ÇİNAR müəllimimiz bu gün Haqqın rəhmətinə qovuşmuşdur. Yaxınlarına, dostlarına və tələbələrinə başsağlıği verir, Uca Rəbbimizdən məkanının cənnət olmasını niyaz edirik. Məkanı cənnət olsun! Bu fani dünya bir gözəl...