Simpozium İştirakçıları Gəncliyə Yardım Fondunda Bir Araya Gəldi

28.11.2014 tarixində Türkiyə Respublikası Başnazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Başqanlığı (TİKA) və Türkiyənin “Beyazay” Dərnəyinin birgə əməkdaşlığı ilə Bakıda keçiriləcək simpozium iştirakçıları Gəncliyə Yardım Fondunda bir araya gəldilər. Simpozium çərçivəsində Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin sabiq təhsil naziri, İstanbul millət vəkili Nimet Baş,  Türkiyə Bəyazay Dərnəyinin Baş Direktoru Lokman Ayva və Millət Vəkili Məlahət İbrahimqızı Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının...

“Mənim bayrağım” müsabiqəsinin qalibləri mükafatlandırıldı Tədbir

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu tərəfindən “9 noyabr – Dövlət Bayrağı günü” münasibətilə konfrans və Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Mənim bayrağım” mövzusunda keçirilən inşa-yazı və şeir müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Gəncliyə Yardım Fondu fondununu Hacı Zeynalabidin Tağıyev adına konfrans zalında təşkil olunan tədbirdə Bakı şəhər Gənclər və İdman...

Gəncliyə Yardım Fondunda Dünya Gənc türk Yazarlar Birliyinin “Paytaxtdan bölgələrə… Bölgələrdən paytaxta…” adlı layihəsi keçirildi

Respublikamızın bölgələrində yaşayan istedadlı gənc yazarların yaradıcılıq örnəklərini əhatə edən “Bölgələrdən səslər” antologiyasının ikinci cildi işıq üzü görüb. Kitab Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Paytaxtdan bölgələrə... Bölgələrdən paytaxta...” adlı layihə çərçivəsində işıq üzü görüb. Nəşrdə Azərbaycanın müxtəlif bölgələrində yaşayıb-yaradan 62 istedadlı və perspektiv vəd edən yazarın yaradıcılığından örnəklər...

GYF Təmas Xəttində Yaşayan 2000 Ailəyə Bayram Sevinci Yaşatdı

Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərini davam etdirməkdədir. Gəncliyə Yardım Fondunun kəsdiyi qurbanların böyük bir hissəsi (təxminən yarısından çoxu) bir başa qaçqın şəhərciklərinə, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və daha çox ehtiyac...

GYF Rəhbərliyi Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə Görüşdü

Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu sentyabrın 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Baş nazir Əhməd Davudoğlunu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının...

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu 20 Yanvar faciəsinin XXIV ildönümünə həsr edilmiş bir sıra tədbirlər həyata keçirəcək

Hər bir xalqın tarixində azad və müstəqil yaşamaq üçün dönüm nöqtəsi hesab olunan tarixlər və bu azadlıq, müstəqillik uğrunda öz şirin canlarından keçmiş qəhrəman övladları olmuşdur. Məhz belə qəhrəmanlar zamanın axarında əsla unudulmur və tarixin yaddaşına azadlıq uğrunda axıtdıqları müqəddəs qanları ilə adlarını yazdırmış 20 yanvar şəhidləri də məhz xalqımızın yaddaşında daima belə yaşayacaqdır. Onların xatirələri həmişə ehtiramla yad olunmalıdır. Bu ənənəyə...

GYF-nin nümayəndəsi QHT İdarəetmə Akademiyasında iştirak edib

Lənkəran şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərləri və fəal gənclərdən ibarət 80 nəfərin iştirakı ilə Payız Akademiyası dörd gün davam etdi. Tədbir ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərliyinin iştirakı ilə təşkil olunan QİDA (QHT idarəetmə Akademiyası) Payız Akademiyası və internetdən fəal istifadə edən gənclər,...

Cəbhə bölgələrinə səfər başa çatdı

GYF-nin vitse-prezidenti Salman Əliyev fəxri fərmanlarla təltif edildi. Bu günlərdə Gənclər Təşkilatları Milli Şurası və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən cəbhə bölgələrinə səfər layihəsi başa çatdı. Layihə çərçivəsində cəbhə rayonlarına 5 günlük səfər təşkil olunmuşdu. Gənclər təşkilatlarının nümayəndələri Beyləqan, Füzuli, Ağdam, Şəmkir, Qazax, Tovuz və Gəncə şəhərlərində yerləşən hərbi hissələrdə olub və əsgər-zabit heyəti...

Afrikada H.Z.Tağıyev adına su quyusu açıldı

25.07.2014-cü il tarixində Gəncliyə Yardım Fondunun təşkilatçılığı və TİKA Bakı koordinatorluğunun dəstəyi ilə Darussalam şəhəri, İlala vilayətinin Yombo qəsəbəsində Azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabidin Tağıyevin adına su quyusu açılıb. Tədbirdə Gəncliyə Yardım Fondunun əməkdaşları, bölgə bələdiyyəsinin sədri, yerli kənd camaatı və REHEMA xeyriyyə təşkilatının rəhbər işçiləri iştirak ediblər. Bölgə bələdiyyəsinin sədri qonaqları salamlayaraq görülən xeyriyyə işlərinin onlar üçün diqqət və qayğının nəticəsi...

Azərbaycandan Afrikalılara su sevinci…

 “Gözlədiyimiz su gəldi. Axşamdan səhərə qədər su növbəsində dururduq. ”   Azərbaycanlı xeyriyyəçilərin təşəbbüsü ilə quraq Afrika ölkəsi olan Tanzanyanın Darussalam şəhərinin Mbondole bölgəsində su quyusu qazılaraq yerlilərin istifadəsinə verilib.Bu gün açılan su quyusuna Azərbaycanda şəhid olan Əliabadlı Musab Hafiz Emin Kürşat Yetərin adı verilib. Su quyusunun açılış tədbirində Azərbaycandan Gəncliyə Yardım Fondu (GYF), REHEMA xeyriyyə təşkilatı və Türkiyənin bu ölkədəki səfirliyinin nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbyacan nümayəndə heyətinin üzvü Rüfət Şirinov çıxış edərək Mbondole əhalisini...