“Gənclik və Dövlət Müstəqilliyi Gələcəyə Baxış” Mövzusunda Gənclərin Respublika ‎Konfransı Keçirilib

Noyabrın 10-da Bakıda “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda gənclərin respublika konfransı keçirilib. Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan konfransda Azərbaycan Respublikası Prezidentinin İctimai-Siyasi Məsələlər üzrə köməkçisi Əli Həsənov, Gənclər və İdman Naziri Azad Rəhimov, Milli Məclisin deputatları, Gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Müstəqilliyin qorunmasında və dövlət quruculğunda gənclərin rolundan danışan Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov...

“Mənim Bayrağım” Mövzusunda Keçirilən İnşa Yazı və Şeir Müsabiqəsinin Qalibləri ‎Mükafatlandırıldı

Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi təşkilatçılığı ilə “9 noyabr- Azərbaycan Dövlət Bayrağı günü” münasibətilə konfrans və “ Mənim bayrağım” mövzusunda keçirilən inşa yazı və şeir müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Bakı Şəhər Gənclər Baş İdarəsinin rəisi Rafiq Abbasov qurulan şəraitə görə Prezident Administrasiyasına və Gəncliyə Yardım Fondu...

Tarixi Vətəndən Sürgünün Anım Mərasimi Keçirildi…‎

5 noyabr 2016-cı il tarixində Gəncliyə Yardım Fondunda Axısxalı Türklərin iştirakı ilə tarixi vətəndən sürgünün 72-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Keçirilən mərasimdə 14 noyabr 1944-cü ildə Axısxa Türklərinin tarixi vətənləri olan Gürcüstanın Samsxe-Cavaxeti bölgəsindən Orta Asiya çöllərinə sürgün edilməsinin 72-ci ildönümü qeyd olunub. Tədbiri giriş sözü ilə açan Axısxa türkləri “Vətən” İctimai Birliyinin Sədri İbrahim Məmmədov Axısxa türklərinin sürgün...

“İş Axtarmaq, Bir İşdir” Mövzusunda Təlim‎

05 noyabr  2016-ci il tarixində Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin təşkilatçılığı, TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə “Bakı Gənclik Akademiyası” layihəsi çərçivəsində gənclərimizin görüşünə İnsan Resursları üzrə mütəxəssis, təlimçi Namiq Məmmədov gəldi. Tədbiri giriş sözü ilə açıq elan edən “Bakı Gənclik Akademiyası” kordinatoru Vəfadar Babayev təlimçi Namiq Məmmədov haqqında tələbələrimizə, tələbələrimiz və ümumi “Bakı Gənclik Akademiyası”...

Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasinin 60 ‎İlliyinə Həsr Olunan Yubiley Mərasimi Keçirilib

Noyabrın 3-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə həsr olunan təntənəli yubiley mərasimi keçirilib. Təntənəli mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmov ötən illər ərzində teleradio sahəsində görülən işlərdən bəhs edib və televiziyanın gələcək işlərində uğurlar arzulayıblar. Tədbirdə Gəncliyə Yardım Fondunun nümayəndə heyəti də...

Vətənpərvərlik Mövzusunda Çəkilmiş Qısametrajlı Filmin Təqdimatı Oldu

02.11.2016-cı il tarixində aprel döyüşlərinə və həmin vaxt həlak olan əsgərlərin xatirəsinə həsr olunmuş “Çağır məni” klipinin və qısametrajlı filminin təqdimatı olub.  Həm filmin, həm də klipin rejissoru Elmar Məmmədovdur. Ssenari müəllifi isə Pəyyam Rafiqdir. Hər iki ekran işində SevincTofiqqızı, Aslan Hüseynov, aktyor Mehman Məmmədov, Mehdi Abdullayev rol alıb. Tədbirdə ilk olaraq himnimiz səsləndirilib və  1 dəqiqəlik sükutla şəhidlərimizin ruhu...

Bakı Gənclik Akademiyası” Öz İşinə Başladı

29 oktyabr 2016-ci il tarixində Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin təşkilatçılığı, TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə “Bakı Gənclik Akademiyası” layihəsinə yenidən strat verilib. Tədbiri giriş sözü ilə açıq elan edən “Bakı Gənclik Akademiyası” kordinatoru Vəfadar Babayev ötən ilki layihə haqqında və bu il layihə çərçivəsində gənclərimizi gözləyən yeniliklər barədə məlumat verdi. Daha sonra söz layihə çərçivəsində...

Onların Həyatında Yeni Qapı Açıldı

Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin Bakı Koordinatorluğu (TİKA), Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və Pənah Əlillər Cəmiyyətinin dəstəyi ilə Ağdaş şəhərində 30 nəfərə əlil arabası təqdim olundu. Tədbiri giriş sözü ilə açan Ağdaş şəhər İcra Hakimiyyətinin Humanitar və İctimai əlaqələr şöbəsinin əməkdaşı Qalib Həsənov Azərbaycanda əlillərə verilən diqqət və qayğıdan söz açdı. Tədbirin mahiyyətindən danışan Qalib Həsənov Türk Əməkdaşlıq və...

GYF Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edir

Azərbaycanın Dövlət Müstəqilliyi günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biri. Hər il 18 oktyabrda qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi...

ReTweet referenduma onlayn dəstək kampaniyasının yekun tədbiri keçirilib

Bu gün  “Hyatt Regency” otelinin Quba zalında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə həyata keçirilən "ReTweet" referenduma onlayn dəstək kampaniyasının yekun tədbiri keçirilib. Tədbirdə Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Millət vəkili Hadı Rəcəbli və Gənclər Təşkilatlarının nümayəndələri, rəhbər işçiləri o cümlədən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev və ictimai əlaqələr şöbəsinin müdiri Eldar Kərimov  iştirak edib. Qeyd...